...

İlham Əliyev "Nəşriyyat işi haqqında" qanuna əlavələr edilməsi ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 9 May 2008 22:02 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev "Nəşriyyat işi haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 583-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə sərəncam imzalayıb.

Sərəncama əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Nəşriyyat işi haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;  Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;  öz səlahiyyətləri daxilində "Nəşriyyat işi haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti