...

Prezident İlham Əliyev Zığ dairəsi-Heydər Əliyev adına beynəlxalq hava limanı avtomobil yolunun, habelə Binə və Zirə qəsəbələrində bir sıra obyektlərin açılışında iştirak edib

Siyasət Materials 10 May 2008 01:03 (UTC +04:00)

Mayın 9-da prezident İlham Əliyev Zığ dairəsi-Heydər Əliyev adına beynəlxalq hava limanı avtomobil yolunun, habelə Binə və Zirə qəsəbələrində bir sıra obyektlərin açılışında iştirak edib.

İlham Əliyev tapşırığı yüksək keyfiyyətlə yerinə yetirdiklərinə görə inşaatçılara öz minnətdarlığını bildirib.

Açılış mərasimindən xatirə olaraq prezident İlham Əliyevə hədiyyə təqdim edilib.

Dövlət başçısının xüsusi tapşırığı əsasında 2007-ci il noyabrın 10-da tikintisinə başlanmış Zığ dairəsi-Heydər Əliyev adına beynəlxalq hava limanı avtomobil yolunun sifarişçisi Nəqliyyat Nazirliyi, icraçısı isə "Akkord" Şirkətlər Qrupudur. Ən son texnologiyanın tətbiqi ilə Avropa standartlarına uyğun çəkilmiş 17 kilometrlik yol 6 hərəkət zolaqlıdır. Yolun ümumi eni 29,5 metr, hərəkət zolaqlarının hər birinin eni 3,75 metrdir.

Zığ dairəsi-Heydər Əliyev adına beynəlxalq hava limanı avtomobil yolunun çəkilişi ilə eyni vaxtda 12 kilometrlik Azadlıq meydanı-Zığ dairəsi avtomobil yolunun C.Naxçıvanski adına hərbi liseydən Zığ dairəsinədək olan son 3 kilometrlik hissəsi də 8 zolaqlı hərəkət üçün beton örtüklə yenidən qurulub.

Xəbər lenti

Xəbər lenti