Azərbaycan, Bakı. 11 may. / Trend / Azərbaycanda rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının prezidenti Paskal Kuşpen bazar günü Səngəçal neft terminalında, Qaradaq sement zavodunda, "Caspian Fish" müəssisəsində olmuşdur, dövlət televiziyası AzTV xəbər verir.
Xəzər Enerji Mərkəzindən başlanmış tanışlıq zamanı "Əsrin müqaviləsi"nə əsasən, neft-qaz layihələrinin qovuşduğu neft terminalının rəhbərləri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə qonaqlara mərkəz barədə ətraflı məlumat verdilər, enerji layihələri haqqında slaydlar nümayiş etdirildi.
Qonaqlara bildirildi ki, inşasına 2001-ci ildən başlanmış terminalda tutumu 880 min barrel olan 3 xam neft yəni, baş nasos stansiyası, separatorlar, emal qurğuları və idarəetmə məntəqəsi vardır. Buraya fiberoptik rabitə kabelləri, sahildən 187 kilometr aralıda yerləşən dəniz yataqlarından sualtı neft və qaz kəmərləri çəkilmişdir.
Sonra isveçrəli qonaqlar avtobusla terminalın ərazisini gəzdilər. Onlara buradakı texnoloji proseslər barədə də ətraflı məlumat verildi.
Bundan sonra Kuşpen isveçrənin "Holsim" şirkəti idarə etdiyi sement zavoduna gəldi. O müəssisə haqqında ətraflı məlumat aldı. Zavod azərbaysan sement bazarının təxminən yarısının tələbatını təmin etməyə qadirdir. Burada ildə 1,3 milyon sement istehsal edilir. Yaxın zamanlarda zavodda yeni iri sobanan tikintisi planlaşdırılıb.
İsveçrə prezidenti bu gün həmçinin "Caspian Fish" müəssisəsində və "Qobustan" tarixi- mədəni dövlət qoruğunda olmuşdur.
Paskal Kuşpenin Bakıya səfəri yanvar ayında Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində görüşlər zamanı Azərbaycan prezidenti İlham Əliyevin öz həmkarını Azərbaycana dəvəti ilə keçirilir.
Səfər çərçivəsində qarşılıqlı maraq kəsb edən müxtəlif sahələrdə Azərbaycan-İsveçrə əməkdaşlığının inkişaf perspektivləri və hazırkı vəziyyətinin çoxtərəfli müzakirələri nəzərdə tutulur.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]