Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxalia/ Gürcü-abxaz münaqişəsinin sülh you ilə nizamlanmasına ümid var və bu "sadəlövh ümid deyil". Bu barədə Tbilisiyə qayıdarkən gürcüstanlı jurnalistlərə ABŞ Dövlət Katibinin köməkçisi Metyu Brayza bildirib.
O, ABŞ nümayəndə heyəti və Amerikanın Gürcüstandakı səfiri Con Tefftin müşayiəti ilə üç gün Abxaziyada olub. Bu dövr ərzində Amerika nümayəndə heyəti Suxumi, Qaqrı və Qaliyə baş çəkib. Nümayəndə heyətinin üzvləri abxaz liderləri ilə görüşüblər.
"Bizim Tbilisidəki dostlarımız ilə Abxaziya liderləri arasında hələ danışıqlar aparılmalıdır. Bu danışıqların təşkil edilməsi mümkündür, lakin bu, hazırda mövcud olan və belə danışıqların başlanmasına imkan yaradan məqamı tuta biləcəyimizdən asılıdır", - deyə Brayza bildirib.
O, abxaz lideri Serqey Baqapş ilə görüşü barədə təfsilatı ilə danışmayıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]