Azərbaycan, Bakı, 13 may / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı layihənin müzakirələrinə başlayır: "Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasınının sabah keçiriləcək iclasında Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi müzakirəyə çıxarılacaq" - çərşənbə axşamı Trend -a Azərbaycan parlamentinin mətbuat xidmətindən bildirilib.
Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı layihə Azərbaycan hökuməti ilə Avropa Şurasının Venesiya Komissiyası tərəfindən hazırlanıb. Seçki Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulan layihə Prezident Aparatından parlamentə göndərilib. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası da Seçki Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı layihə hazırlayıb.
Parlamentdən bildirilib ki, komissiyanın iclasında Seçki məcəlləsinə əlavə və dəyişikliklər edilməsini nəzərdə tutan hər iki layihə müzakirəyə çıxarılacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]