...

Azərbaycanda məhkəmə Seçki Monitorinq Mərkəzinin qeydiyyatını ləğv etdi

Siyasət Materials 14 May 2008 11:51 (UTC +04:00)
Azərbaycanda məhkəmə Seçki Monitorinq Mərkəzinin qeydiyyatını ləğv etdi

Azərbaycan, Bakı, 14 may / Trend , müxbir K.Zərbalıyeva/ Bakının Xətai rayon məhkəməsi Seçki Monitorinq Mərkəzinin qeydiyyatını ləğv edib.

SMM-in icraçı direktoru Anar Məmmədli çərşənbə günü Trend -a bildirib ki, məhkəmə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin təşkilatın qeydiyyatının etibarsız hesab edilməsi və ləğv olunması barədə müraciətini müsbət cavablandırıb.

SMM ilk dəfə 14 mart 2006-cı ildə qeydiyyata alınması üçün təsis sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib.

Nazirliyin müvafiq idarəsi texniki bəhanələr gətirərək təsis sənədlərini qeydiyyata almayıb və SMM-in dövlət qeydiyyatına alınmaq üçün müraciətindən 5 dəfə imtina olunub.

Bu ilin fevralında isə SMM dövlət qeydiyyatına alınıb.

Nazirlik SMM-in qeydiyyatının ləğvi barədə iddiasını təşkilatın təsis sənədlərində təsisçilər barəsindəki məlumatların qeyri-müəyyən olması, təşkilatın hüquqi ünvanının dəyişdirilməsi barədə məlumatın nazirliyə bildirilməməsi, SMM-in Azərbaycanın 8 şəhərində yerləşən nümayəndəlikləri barədə məlumatların dövlət reyestrinə daxil edilməməsi ilə əsaslandırıb.

Təşkilatın həmtəsisçisi Anar Məmmədli bildirib ki, Ədliyyə Nazirliyinin göstərdiyi məsələlər SMM-in qeydiyyatının etibarsız hesab edilməsi və ləğv edilməsi üçün əsas ola bilməz.

Məmmədli qeyd edib ki, qərar ədalətsiz olduğundan yuxarı məhkəməyə apellyasiya şikayəti veriləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti