Fransa, Strasburq, 15 may/ Trend / müxbir A. Məhərrəmli/ Xanım Veronika Kotek Avropa Şurasının Baş Katibinin Azərbaycan Respublikasındakı yeni xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib. Bu barədə Trend a Azərbaycanını Avropa Şurası yanında daimi Nümayəndəliyindən cümə axşamı məlumat verilib.
Əslən Çexiyadan olan xanım Katek AŞ Baş Katibinin Azərbaycandakı keçmiş xüsusi nümayəndəsi Denis Brubosiyanı əvəz edərək, bu vəzifəni iki il müddətinə icra edəcək.
Kotek hazırda İnsan Hüquqları və Hüquqi İşlər Baş Direktoratlığının Məhkəmə və Hüquqi İslahatlar departamentində layihə direktoru vəzifəsində çalışır. Avropa Şurası Katibliyinə gəlməmişdən əvvəl o, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Moskva ofisində çalışıb.