...

AŞPA-nın Komitələri Azərbaycanın öhdəlikləri ilə bağlı müzakirə aparacaqlar

Siyasət Materials 20 May 2008 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may/ Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq və Daimi Komitələri Azərbaycanın Avropa Şurası qarşısında öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyətini müzakirə edəcək. "AŞPA-nın Monitorinq və Daimi Komitələrinin iclaslarında Azərbaycanda demokratik təsisatların fəaliyyətinə dair həmməruzəçilərin hazırladıqları məruzə layihəsi müzakirə olunacaq", - deyə çərşənbə axşamı Trend -a açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov bildirib.

Monitorinq Komitəsinin iclası mayın 26-da Ukraynanın paytaxtı Kiyev şəhərində, Daimi Komitənin iclası İsveçin Stokholm şəhərində keçiriləcək. Seyidov qeyd edib ki, iclaslarda Qara dənizdə basdırılmış kimyəvi tullantılarla əlaqədar yaranmış ekoloji vəziyyət, Avropada demokratik təsisatlar, Rusiya, Ukrayna, Ermənistanda vəziyyət, Serbiya və Gürcüstanda parlament seçkilərinin nəticələri müzakirə olunacaq.

AŞPA-nın iyunun sonunda keçiriləcək yaz sessiyasında Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi məsələsi müzakirə olunacaq.

Azərbaycan 2001-ci ilin yanvarın yeddisində Avropa Şurasına tamhüquqlu üzv olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti