Azərbaycan, Bakı, 21 may / " müxbir A.Qasımova/ Rusiya və Fransa postsovet məkanında münaqişələrin siyasi yolla nizama salınmasını dəstəkləyir. "Biz münaqişələrin müvafiq format çərçivəsində siyasi yolla nizama salınmasının tərəfdarıyıq", - Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada fransalı həmkarı Bernar Kuşnerlə çərşənbə günü keçirilən birgə mətbuat konfrasında bildirib.
"Abxaziya münaqişəsi haqqında onu demək olar ki, Rusiya və Fransa Abxaziya və Cənubi Osetiya üzrə BMT-nin Baş katibinin dostları qrupunun üzvləridir, ATƏT-in iştirakı ilə danışıqlar formatı var, sözügedən format maksimum istifadə olunmalıdır", - Lavrov əlavə edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]