...

Gürcüstanda parlament seçkiləri əsas müxalifətçilərin gözü ilə – sorğu

Siyasət Materials 21 May 2008 18:55 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 21 may / Trend , müxbir E.Rüstəmov/ Gürcüstandakı parlament seçkiləri hakimiyyət partiyaları və beş ay bundan öncə prezident seçkilərindəki məğlubiyyətdən sonra revanş götürmək istəyində olan müxalifət partiyaları arasında sərt mübarizə şəraitində keçir.

Seçici səsi və müvafiq olaraq, deputat mandatı uğrunda doqquz partiya və üç blok mübarizə aparır.

"Sağçı müxalifət" parlament fraksiyasının liderlərindən biri Manana Naçkebiya, Gürcüstanın Xristian-Demokratik Hərəkatının lideri Giorgi Tarqamadze və "Birləşmiş müxalifəti"in liderlərindən biri Giorgi Xaindrava müxalifətin gələcək fəaliyyəti ilə bağlı öz baxışlarını Trend la bölüşüb.

- Gürcüstanda keçirilən parlament seçkiləri zamanı saxtakarlıq aşkar olunarsa, müxalifətin fəaliyyəti nədən ibarət olacaq?

Naçkebiya: Səsvermədən bir gün əvvəl biz Tbilisinin mərkəzində izdihamlı mitinq keçirdik. Mitinqdə 25-30 min nəfərdən çox vətəndaş iştirak etdi. Biz öz tərəfdaşlarımızdan səsvermə başa çatdıqdan sonra protokollar imzalananadək seçki məntəqələrini tərk etməməyi xahiş etdik. Bundan sonra, protokol imzalanan kimi, biz onların hamısını "26 may" meydanında böyük mitinqə dəvət edirik. Biz orada paralel olaraq apardığımız səs hesablamalarının nəticələrini elan edəcəyik.

Bizim mərkəzi qərərgahımızda informasiya mərkəzi yaradılıb. Burada təxminən 150 nəfər işləyir və iştirakçılardan əvvəlcə ilkin, sonra isə seçkilərin yekunları barədə protokollarla təsdiq olunan informasiyaları qəbul edirlər. Biz bu nəticələri əldə edən kimi, "26 may" meydanında keçirilməsi nəzərdə tutulan minitqdə elan etmək niyyətindəyik. Biz vətəndaşları axşam saat 11-də minitqə gəlməyə dəvət edirik, nəticələr barədə informasiya daxil olacağı təqdirdə isə, biz mitinq iştirakçılarını bu məlumatlarla mərhələli şəkildə tanış edəcəyik. Biz gözləyəcəyik və insanlarla birlikdə qələbəni bayaram edəcəyik.

Tarqamadze: Biz vəziyyəti təhlil edəcəyik və əməkdaşlarımızdan daxil olan informasiyalara əsaslanacağıq. Biz, həmçinin, ATƏT missiyası və Gürcüstandakı digər beynəlxalq təşkilatların nümayəndəliklərinin hesabatlarını da gözləyəcəyik. Mən ümid edirəm ki, prezident seçkilərindən fərqli olaraq, bu dəfə seçkilər saxtalaşdırılmayacaq. Bizim siyasi hərəkatımız inqilab və çevrilişlərə qarşıdır. Biz Saakaşvili və onun ətrafındakıları çox yaxşı tanıyırıq və bilirik ki, onlar minitqçilərə qarşı çıxmaq iqtidarındadırlar. Biz Yerevandakı vəziyyətin Gürcüstanda təkrarlanmasını istəmirik. Digər tərəfdən, bu mövqe hakimiyyət nümayəndələrinə özlərini qeyri-qanuni aparmaları və seçkilərin obyektiv keçirilməsi qaydalarını kobudcasına pozmaq üçün kart-blanş vermək demək deyil. Vəziyyətin təhlilindən çıxış edərək, lazımi tədbirlər görəcəyik. Biz vəziyyətin radikallaşdırılmasının, belə mühitin yaradılmasının əleyhinəyik. Çünki belə vəziyyətlərdən sülh yolu ilə çıxmaq çətin olacaq.

Xaindrava: Biz güc üsullarını tətbiq etməyə hazırlaşmırıq və Gürcüstan hakimiyyətini seçkilər yolu ilə dəyişmək niyyətində deyilik. Buna görə, heç bir boykot haqqında söhbət belə gedə bilməz. Buna baxmayaraq, "Milli Hərəkat"ın özü qanunsuz yollarla seçkiləri baykot edir və bu,ilk növbədə, ölkəyə ziyan gətirəcək.

Yenidən saxtalaşdırma baş verəcəyi təqdirdə, hər şey ola bilər.

Müxalifət və Gürcüstan ictimaiyyəti inqilaba yol verməyəcək. Belə olacağı təqdirdə, xalq özü qərar verəcək. Biz Gürcüstanın daim permanent vəziyyətində qala bilməyəcəyini də başa düşürük.

- Müxalifət liderlərinin əksəriyyəti seçkilərin saxtalaşdırılacağını bildirirlər. Siz bu haqda nə deyə bilərsiniz?

Tarqamadze: Mən bu barədə əvvəlcədən danışmaq istəmirəm və seçkiqabağı kampaniyalar zamanı buna o qədər də diqqət yetirməməyə çağırmışam. Seçicilərə, onların seçkilərə gəlib- gəlməyəcəklərindən asılı olmayaraq, seçkilərin saxtalaşdırlacağı barədə dedikdə onlar səsvermədə iştirakın mənazıs olacağını düşünəcəklər. Buna görə, biz hamıya bildiririk ki, fəallıq nə qədər çox olarsa, saxtalaşdırmanın səviyyəsi o qədər aşağı olacaq. Bunun üçün biz bütün tərəfdaşlarımızı mütləq məntəqələrə gəlməyə və öz borclarını yerinə yetirməyə çağırırıq. Seçkilərə gəldikdə isə, hesab edirik ki, saxtalaşdırma olarsa, bu, böyük miqyasda olmayacaq. Düşünürük ki, hökumət seçkilər günü hər şeyin qanuna müvafiq şəkildə keçirilməsi üçün üzərinə məsuliyyət götürməlidir. Müxalifət isə, seçicilərin səslərini maksimum şəkildə müdafiə etmək üçün hər şey etməlidir.  

Naçkebiya: Bütün seçkiqabağı kampaniyalarda böyük pozuntular müşahidə olunur və biz düşünürük ki, seçkilər günundə də hakim partiya və prezident Mixail Saakaşvili parlamentdə əksəriyyəti özlərində saxlamaq üçün hər şey edəcəklər. Onlar sekiləri saxtalaşdımaq üçün də hər şey edəcəklər. Lakin bizi dəstəkləyən seçicilər seçkilərin saxtalaşdırılmasına imkan verməyəcəklər.

Xaindrava: Mən əminəm ki, saxtalaşdırma olacaq və buna görə də Saakaşvilidən Gürcüstan ictimaiyyətinə heç bir dəstək yoxdur. Xüsusən də, Burcanadzenin getməsindən sonra bu hərəkatın hissələrə parçalanması fonunda. "Milli hərəkat"a təqdim edilən siyahıda bildirilir ki, bu kampaniyada heç bir siyasi birlik yoxdur.

Nino Burcanadze çıxışında bildirmişdi ki, bunu 2008-ci il 21 apreldə baş vermiş hadisə - Milli Hərəkatda təmsil olunacaq bütün namizədlərin artıq Mərkəzi Seçki Komisiyasında təmsil olunması sübut edir. O, həmçinin, seçkilərdə iştirak etməyə hazırlaşmadığını vurğulayıb. Halbuki, o Milli Hərəkatın siyahısında birinci idi.

Gecə saat 12-də kriminal polisdən olan 30 nəfər Mərkəzi Seçki Komissiyasına hücum edərək, oranı tutub və ora heç bir yerdə qeydiyyata alınmayan yeni siyahılar gətiriblər. Bundan əlavə, orada sədrin imzası yoxdur. Belə vəziyyətdə "Milli Hərəkat" seçkilərdən çıxarılmalı idi. Bütün hakimiyyətin qəsb edildiyi yerdə, bütün məhkəmələrin, prokurorluğun Saakaşvilinin cibində olduğu yerdə elə bir şey baş verməyib

Yanvıarın 5-də yol verilən saxtalaşdırmadan sonra Seçki Komissiyası sədrinin vəzifəsindən uzaqlaşdırılacağına dair rəsmi bəyanatların verilməsinə baxmayaraq o yenə də Komissiyanın sədri qaldı. Hazırda təqdim olunan seçicilərin siyahısına 1 milyon nəfər əlavə olunub. Yenə də tam fırıldaqçılığın aparıldığı köhnə siyahılar.

Xəbər lenti

Xəbər lenti