...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin yenidən atəşkəs rejimini pozublar

Siyasət Materials 23 May 2008 10:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 23-də saat 07.15-dən 20.00-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Çinari və Mosesqex kəndləri, Noyamberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Berdavan kəndində, İcevan rayonu Berkaber kəndi sahəsindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonun Ağdam və Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Quşçu Ayrım və Kəmərli kəndləri yaxınlığında yerləşən mövqelərini, saat 17.20-dən 19.40-dək Goranboy rayonunun Tapqaraqoyunlu və Borsunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 07.20-dən 07.45-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.45-dən saat 21.00-dək Füzuli rayonunun Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, mayın 23-də saat 04.00-dan 04.30-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti