...

Azərbaycanın strateji planı stabilləşmədən müasirləşməyə doğru yoldan ibarətdir – Azərbaycan Prezidenti yanında Mərkəzin rəhbəri (video)

Siyasət Materials 23 May 2008 12:30 (UTC +04:00)
Azərbaycanın strateji planı stabilləşmədən müasirləşməyə doğru yoldan ibarətdir – Azərbaycan Prezidenti yanında Mərkəzin rəhbəri (video)

Azərbaycan, Bakı, 23 may / Trend ,müxbir M.Əliyev/ Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Bakıda ölkənin inkişaf perspektivləri müzakirə olunur.

"Hazırda Azərbaycanın strateji planı stabilləşmədən müasirləşməyə doğru yoldan ibarətdir", - deyə cümə günü Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev bildirib.

Aparıcı beynəlxalq politoloqlar və ölkənin dövlət strukturlarının nümayəndələri "Azərbaycan 2008: Müasirləşmə yolları" beynəlxalq konfrans çərçivəsində Cənubi Qafqaz və Yaxın Şərqdə Azərbaycanın rolu və regiona təsir edən proseslərini müzakirə edirlər.

Nuriyev bildirib ki, Rusiya, Türkiyə, Almaniya və digər Avropa ölkələrindən olan politoloqlar stabillik və müasirləşmə yoluna daxil olan Azərbaycanın xarici və daxili siyasətinin aktual məsələləri ətrafında müzakirlər aparacaqlar. Konfrans Strateji Araşdırmalar Mərkəzi tərəfindən Böyük Britaniyanın LINKS Qeyri-Hökumət Təşkilatı ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Konfransda əsas diqqət Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində Azərbaycanın roluna ayrılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti