Azərbaycan, Bakı, 29 may / Trend , müxbir S.Ağayeva/ ABŞ GÜAM-ın struktur inkişafı üçün $ 700 min ayıracaq. Bu vəsaitlər təşkilatın texniki bazasının gücləndirilməsi, informasiya kommunikasiya texnologiyalarının inkişafına yönəldiləcək. Bu haqda ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi cümə axşamı "GÜAM-ın inkişaf strategiyası" beynəlxalq konfransında bildirib.
GÜAM üzv-ölkələrində təşkilatın nümayəndəliklərini birləşdirməyə və interaktiv konfraslar keçirməyə imkan yaradacaq GÜAM-ın rəqəmsal video sisteminin yaradılması planlaşdırılır. Həmçinin GÜAM-ın internet resursunun yaradılması da planlaşdırılıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]