...

Azərbaycan ictimaiyyətinə ölkənin Avroatlantik məkana inteqrasiyası məsələsinin müzakirəsi təklif olunur

Siyasət Materials 6 İyun 2008 12:50 (UTC +04:00)
Azərbaycan ictimaiyyətinə ölkənin Avroatlantik məkana inteqrasiyası məsələsinin müzakirəsi təklif olunur

Azərbaycan, Bakı, 06 iyun / Trend , müxbir S.Ağayeva/ Azərbaycanın Avroatlantik məkana inteqrasiyası iyunun 24-25-də Bakıda ölkənin tanınmış hakimiyyət və ictimaiyyət nümayəndələrinin iştiraki ilə müzakirə olunacaq.

"Azərbaycanın Avroatlantik məkana inteqrasiyası və demokratik seçkilər" konfransı Azərbaycanın Hüquqşünaslar Konfederasiyası tərəfindən NATO və Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilir. Gündəlikdə aşağıdakı məsələlər yer alıb: silahlı qüvvələrdə NATO standartları, insan haqları, demokratik islahatların aparılması.

İkigünlük görüş zamanı həmçinin Avroatlantik məkan ölkələrinin təcrübə və problemləri müzakirə olunacaq. Bu haqda layihənin koordinatoru, Azərbaycanın Hüquqşunaslar Konfederasiyasının baş katibi Nadir Əzimov cümə günü mətbuat konfransında bildirib. Onun sözlərinə görə, konfransda NATO baş katibinin ictimai diplomatiya üzrə köməkçisi Jan Fransua Buronun iştirakı planlaşdırılır.

Trend agentliyi daxil olmaqla, Azərbaycanın bir sira KİV-i konfransa informasiya dəstəyi göstərəcək.

Xəbər lenti

Xəbər lenti