...

Regiondakı qadınlar təhlükəsizliyin təmin olunmasında səy göstərməlidirlər - Türkiyə Baş nazirinin xanımı

Siyasət Materials 10 İyun 2008 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir S.Ağayeva / Regiondakı qadınlar təhlükəsizliyin təmin olunmasında səy göstərməlidirlər. Bu haqda Bakıda keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun gücləndirilməsi" beynəlxalq konfransında Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan bildirib.

"Biz, qadınlar, regionda və dünyada təhlükəsizliyin təmin olunması üçün səylərimizi birləşdirməliyik", - deyə o bildirib.

Polşa, Latviya, Anqola, Cənubi Afrikanın birinci xanımları, Türkiyə Baş nazirinin həyat yoldaşı, Texas qubernatorunun həyat yoldaşı, Argentina vitse-prezidentinin həyat yoldaşı, Rusiya Federasiya Şurasının vitse-spikeri Azərbaycan paytaxtında keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun möhkəmləndirilməsi" adlı beynəlxalq forumda iştirak etmək üçün Bakıya səfərə gəliblər. Konfrans Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə təşkil olunub.

Onun sözlərinə görə, müasir dünyada qadının rolu sürətlə artır, bununla yanaşı onların hüquqlarının pozulması dərəcəsi də artmaqdadır. Xanım Ərdoğan hesab edir ki, hər bir problem üçün kompromis tapılmalıdır.

"Biz gələcək nəsillər üçün təhlükəsiz dünya miras qoymalıyıq, - deyə Türkiyə Baş nazirinin xanımı bildirib. - Qadın və uşaqların ədalətsiz müharibələrdən əziyyət çəkmələrini görmək istəmirik, məhz buna görə də qadınlar dünyada təhlükəsizlik problemlərinin həlli üçün zəmin olmalıdırlar".

Xəbər lenti

Xəbər lenti