Azərbaycan, Bakı, 11 iyun/ Trend , müxbir E.Babayev/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) növbəti qurultayına hazırlıq məqsədi ilə rayon və şəhər təşkilatlarında konfransların keçirilməsinə başlayıb. Bu barədə çərşənbə günü Trend -a YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.
Trend -un arayışı: YAP-ın qurultaynın seçki kampaniyasına rəsmən start verildikdən sonra keçirilməsi planlaşdırılır. Qurultayda indiki prezident, YAP sədri İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüləcək.
Paşayevin sözlərinə görə, konfranslara bu həftənin bazar ertəsindən start verilib. İlk belə konfrans Bərdə rayon təşkilatında keçirilib.
YAP Bərdə rayon təşkilatının sədri Emil Calalov hesabatla çıxış edib. Konfransın sonunda YAP-ın IV Qurultayına Bərdə rayon təşkilatından nümayəndələr seçilib.
Konfransda həmçinin İlham Əliyevə müraciət qəbul edilib. Paşayev konfransların iyulun 5-də başa çatacağını bildirib.
YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]