Azərbaycan, Bakı, 12 iyun / Trend , müxbir E.Babayev/ Hakim Yeni Azərbaycan Partiyası bəyan edib ki, təşkilat regionun ən güclü siyasi qüvvəsinə çevrilib.
"Bizim üzvlərimizin sayının sürətlə artması təkcə statistika deyil, bu xalqın rəyidir", - YAP-ın sədr müavini və icra katibi Əli Əhmədov 450 mininci YAP üzvünə vəsiqəni təqdim edərkən bəyan edib.
YAP-ın 450 mininci üzvü Məmmədcanova Şəhanə Azərbaycan Müəllimlər Universitetinin tələbəsidir və YAP-ın Nərimanov rayon təşkilatının üzvüdür.
Əhmədov vurğulayıb ki, hər il ümumilikdə YAP-a 25-30 min üzv qəbul olunur. Təkcə bu ilin altı ayında isə partiyaya 16 min üzv qəbul olunub. Onun sözlərinə görə, YAP-a daxil olanlar içərisində gənclər üstünlük təşkil edir.
Əhmədov onu da bildirib ki, YAP-a xalq içərisində bu dərəcədə dəstəyin olması ümummilli lider Heydər Əliyev siyasətinin birmənalı şəkildə dəstəkləndiyini göstərir.
YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildən artıqdır hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.