Azərbaycan, Bakı, 13 iyun/ Trend / Prezident İlham Əliyev cümə günü Belçikanın dövlət naziri, Avropa Parlamentinin üzvü, sabiq Baş nazir Jan-Luk Dehaeni qəbul edib. Görüş zamanı Azərbaycan ilə Belçika arasında əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub.
Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının genişlənməsi baxımından əhəmiyyətini vurğulayıb.