...

AŞPA Azərbaycanla bağlı Qətnamə qəbul edib

Siyasət Materials 24 İyun 2008 16:29 (UTC +04:00)

Fransa, Strasburq, 24 iyun/ Trend , müxbir A.Məhərrəmli, İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) çərşənbə axşamı keçirilən iclasında Azərbaycanla bağlı 11627 saylı Qətnamə qəbul edib. Qətnaməyə düzəliş edilməsi ilə bağlı 22 təklif irəli sürülüb, onlardan 9 - u qəbul olunub.

Trend -un arayışı: 2001-ci il yanvarın yeddisində Azərbaycan Avropa Şurasına tam hüquqlu üzv olarkən öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək üçün AŞPA tərəfindən Azərbaycan üzrə həmməruzəçilər təyin olunub.

İyunun 23-də Strasburqda AŞPA-nın yay sessiyası başlayıb. Bu gün sessiyada Azərbaycandakı vəziyyətlə bağlı həmməruzəçilərin hazırladıqları məruzə müzakirə olunub.

Ermənistanın AŞPA- dakı nümayəndə heyətinin üzvləri Qətnamənin Azərbaycan ərazlərinin ermənilər tərəfindən işğal olunması ilə bağlı maddələrində dəyişiklik edilməsi üçün təkliflər irəli sürüblər. Lakin səsvermə zamanı Ermənistan nümayəndə heyətinin irəli sürdüyü təkliflərin heç biri qəbul olunmayıb.

Böyük Britaniyalı deputat, AŞPA-nın Cənubi Qafqazda mədəni irsin öyrənilməsi üzrə məruzəçisi Edvard O'hara Qətnamənin AŞPA-nın Cənubi Qafqazda mədəni irsin araşdırılması missiyasına aid olan 14-cü bəndində əlavələr edilməsi təklifilə çıxış edib. O'hara və onun təklif etdiyi əlavəyə imza atmış deputatlar Azərbaycanı bu missiyanın baş tutmamasına mane olduğunu bildiriblər.

Lakin Azərbaycanın AŞPA- dakı nümayəndə heyəti sədrinin müavini Gültəkin Hacıyeva əlavənin əleyhinə çıxıb edib. Hacıyeva qeyd edib ki, missiya Azərbaycanın işğal olunmuş ərazilərinə də səfər etməlidir: "Bu səfər Azərbaycan ərazsindən keçməklə baş tutmalıdır.

AŞPA Böyük Britaniyalı deputatın təklif etdiyi əlavəni dəstəkləməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti