...

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi axtarışda olan dələduzu yaxalayıb

Siyasət Materials 24 İyun 2008 17:51 (UTC +04:00)
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi axtarışda olan dələduzu yaxalayıb

Azərbaycan, Bakı, 24 iyun/ Trend , müxbir E.Hüseynli/ Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində, ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə dələduzluqla məşğul olan Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Meyxanım Baba qızı Mürsəlova yaxalanıb. Bu barədə çərşənbə axşamı Trend -a nazirliyin ictimai əlaqələr mərkəzindən məlumat verilib.

Mürsəlova barəsində 2007-ci ildə Azərbaycanın Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə cinayət işi başlanıb, amma o, istintaqdan qaçıb gizlənib. Bu səbəbdən,Mürsəlova barəsində Nəsimi rayon polis idarəsi tərəfindən axtarış elan edilmişdi.

İstintaq nəticəsində müəyyən edilib ki, Mürsəlova 2007-ci ilin ortalarında Sabirabad rayonunun Kovlar kənd sakini Hüseyn Hüseynov ilə tanış olub, sonuncunun qardaşı Zaur Hüseynovun 1994-cü ildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad olunması uğrunda gedən döyüşlərdə itkin düşdüyünü bildikdə, bundan faydalanmaq məqsədi güdüb. Mürsəlova özünü Mehriban Mehdizadə kimi təqdim edərək, Hüseynovun etibarını qazanıb və müharibədə itkin düşmüş qardaşının yerinin müəyyən olunması üçün onlara kömək edəcəyini vəd edib. Bundan sonra, Mürsəlova itkin düşmüş şəxsin Sabirabad rayonunda yaşayan valideynləri və digər qardaşı ilə də tanış olub. Mürsəlova onlara Zaur Hüseynovun hazırda Ermənistanda əsirlikdə olduğunu bildirib və onun guya əsirlikdən azad edilməsi üçün, ailə üzvlərini aldadaraq, 2007-ci ilin iyun ayından 2008-ci ilin may ayınadək, ayrı-ayrı vaxtlarda külli miqdarda əmlaklarını ələ keçirib mənimsəyib.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq (178.3.2-ci) maddəsi ilə cinayət işi başlanılıb, işin bütün hallarının araşdırılması üçün istintaq tədbirləri davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti