...

Ankarada Türk Dünyası Memarlarlıq və Şəhərsalma Qurultayı öz işinə başlayıb

Siyasət Materials 24 İyun 2008 22:25 (UTC +04:00)

Türkiyə, Ankara, 24 iyun / Trend , müxbir T.Əliyev/ Türk Dünyası Memarlıq və Şəhərsalma Qurultayı Ankarada öz işinə başlayıb. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Tikinti və Şəhərsalma Nazirliyi, Mühəndislər və Memarlar Birliyi və Türksoyun dəstəyi ilə keçirilən Qurultayın açılışında adıçəkilən qurumların rəhbərləri, o cünlədən Türksoyun Baş direktoru Düysen Kasseinov iştirak ediblər.

Qurultayda Türkdilli dövlətlər və icmaların nümayəndələri iştirak edir. Azərbaycanın Türksoydakı daimi nümayəndəsi Elçin Qafarlının ї Trend їə verdiyi məlumata görə, Azərbaycanı qurultayda bir qrup memar, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs Şöbəsinin müdiri Rizvan Bayramov təmsil edir. Azərbaycan nümayəndələri qurultayda їQarabağın memarlıq dramıї mövzusunda məruzə ilə çıxış ediblər. 3 gün davam edəcək qurultay iyunun 26-da öz işini yekunlaşdıracaq.

İkinci dəfə keçirilən Türk Dünyası Memarlıq və Şəhərsalma Qurultayı çərçivəsində Türk mədəniyyətinə məxsus memarlıq və şəhərsalma əsərlərinin dünyaya tanıdılması nəzərdə tutulur. Qurultay memarlıq və şəhərsalma sahəsində bir çox mütəxəssisi bir araya gətirib.

Xəbər lenti

Xəbər lenti