...

Ukrayna prezidenti Bakıda enerji əməkdaşlığı da daxil olmaqla kompleks məsələlər müzakirə edəcək – səfir (video)

Siyasət Materials 27 İyun 2008 11:59 (UTC +04:00)
Ukrayna prezidenti Bakıda enerji əməkdaşlığı da daxil olmaqla kompleks məsələlər müzakirə edəcək – səfir (video)

Azərbaycan, Bakı, 27 iyun / Trend , müxbir S.Ağayeva/Ukrayna prezidenti Bakıda enerji əməkdaşlığı da daxil olmaqla kompleks məsələlər müzakirə edəcək. Ukrayna prezidenti Viktor Yuşenkonun iyunun 30-da Bakıya nəzərdə tutulan səfəri zamanı iki dövlət başçısı arasında ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq üzrə məsələlərin geniş spektrinin müzakirə olunacağı gözlənilir. Bu barədə cümə günü jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk bildirib.

Onun sözlərinə görə, bir günlük işgüzar səfər zamanı prezidentlərin "təkbətək" formatda görüşü və iki ölkə nümayəndə heyətlərinin danışıqları keçiriləcək. Həmin gün Viktor Yuşenko və İlham Əliyev böyük Ukrayna yazıçısı Taras Şevçenkonun heykəlinin açılış mərasimində iştirak edəcəklər. Səfir bildirib ki, prezidentlər Ukraynanın Bakıdakı səfirliyinin yeni binasının tikintisi üçün nəzərdə tutulan yerə də baxacaqlar. Axşam Azərbaycanda Ukrayna mədəniyyəti günlərinin təntənəli açılış mərasimi olacaq.

Xəbər lenti

Xəbər lenti