...

AŞ PA Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə bağlı yazılı Bəyanat qəbul edib

Siyasət Materials 27 İyun 2008 18:00 (UTC +04:00)
AŞ PA Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə bağlı yazılı Bəyanat qəbul edib

Azərbaycan, Bakı, 27 iyun/ Trend , müxbir E.Babayev /Avropa Şurası Parlament Assambleyasi (ASPA) Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə bağlı yazılı Bəyanat qəbul edib. Bu barədə cümə günü Trend -a Bəyanatı hazırlyan Azərbaycanın AŞ PA- dakı numayəndə heyətinin üzvü Qənirə Paşayeva məlumat verib.

Trend -un arayışı: Prosedura gorə, AŞ PA-nın yazılı Bəyanatının qəbul olunmasi üçün həmin bəyanatı azı beş ölkədən 20 deputat imzalamalıdır.

Pasayeva bildirib ki, Bəyanatı 5 ölkədən 20-dən çox deputat imzalayıb və sənəd qəbul olunub. "Azərbaycan -Şərqin ilk demokratik respublikasi" adlı Bəyanatda xatırladılır ki, bu il AXC-nin 90 illiyi tamam olub. "AXC müsəlman Şərqində ilk demokratik parlamentli respublika idi və 1918-ci ildə qurulmuşdu. AXC Qızıl Ordu Azərbaycanı işğal edənədək, yəni cəmi 23 ay yaşasa da, o insanlara cox böyuk haqlar verdi. Bunların arasında qadınların səsvermə hüququ, mətbuat azadlıqı və digər haqlar var idi. Şərq və Qərbin özündə qadınların seçmək və seçilmək hüququ olmayanda, 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququ verildi"- Bəyanatda qeyd olunub. Bəyanatda bildirilir ki, bu gün Avropanın özündə qurulan dəyərləri hələ 918 - ci ildə quran AXC və onun parlamenti insanların bütün azadlıqlarının təmin edib.

Sənəddə o da deyilir ki, bütün bunları nəzərə alaraq, Avropa Şurası AXC-nin rolunu çox yüksək qiymətləndirir. "Bununla yanaşı, bugünkü Azərbaycan dövlətinin AXC-nin varisi kimi həmin rolunu davam etdirdiyini bildirir və bunu dəstəkləyir" - deyə sənəddə qeyd olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti