...

Azərbaycan və Ukrayna prezidentləri Batumiyə gəliblər

Siyasət Materials 1 İyul 2008 14:22 (UTC +04:00)

Gürcüstan, Batumi, 01 iyul/ Trend , müxbir N.Kirtsxaliya/ Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Viktor Yuşenko "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM"ın (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) sammiti keçirilən Batumi şəhərinə gəliblər.

Sammitin işində Gürcüstan, Ukrayna və Azərbaycan  prezidentləri, ABŞ Dövlət Departamentinin nümayəndələri, Çexiya XİN-in başçısı və başqaları iştirak edirlər.

Batumidə keçirilən sammitdə bir neçə sənədin, o cümlədən Batumi sammitinin Bəyannaməsinin, kommyunikenin, nəqliyyat və tranzit potensialının istifadə edilməsi ilə bağlı GUAM Bəyannaməsinin, Gürcüstanın GUAM-da katibliyinin proqramının imazalanması nəzərdə tutulur.

GUAM 1997-ci ildə Gürcüstan, Ukrayna, Azərbaycan, Moldovanın iştirakı ilə iqtisadi, ticari, nəqliyyat, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq məqsədi ilə yaradılan regional təşkilatdır. 1999-cu ildə bu formata Özbəkistan da daxil olub və təşkilat GUÖAM adlanmağa başlayıb. Lakin yeni üzv dövlət təşkilat orqanlarının işində fəal iştirak etmək istəməyib və 2005-ci ildə təşkilatı tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalaq təşkilat və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti