...

Azərbaycanın prezidenti GUAM ölkələrini beynəlxalq aləmdə bir-birinə daha çox dəstək olmağa çağırdı

Siyasət Materials 2 İyul 2008 03:43 (UTC +04:00)
Azərbaycanın prezidenti GUAM ölkələrini beynəlxalq aləmdə bir-birinə daha çox dəstək olmağa çağırdı

Gürcüstan, Batumi, 02 iyul/ Trend müxbir N.Kirçxalia/ Batumidə keçirilən GUAM sammitinin yekunlarına həsr edilmiş mətbuat konfransında Azərbaycanın prezidenti İlham Əliyev bildirib ki, təhlükəsizliyin təmin olunması sahəsində GUAM sammiti zamanı ciddi və dəyərli qərarlar qəbul edilib.

O qeyd etdi ki, təhlükəsizlik məsələləri Azərbaycan üçün böyük önəm daşayır. "Azərbaycan üçün münaqişə məsələləri və onların həlli çox böyük onəm daşıyır, çünki heç bir ölkə Azərbaycan qədər soyqırım və ərazi işğalı ilə qarşılaşmayıb. Biz əlimizdən gələni edirik ki, məsələni siyasi yolla həll edək. Lakin bütün problemlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu bizim münaqişənin həllində baş yanaşmamızdır. Bu səbəbdən regional təhlükəsizlik bizim üçün çox önəmlidir", dedi o.

"Elə bu gün biz deyə bilərik ki, bir birimizi beynəlxalq təşkilatlarda dəstəkləyirik və beynəlxalq aləmdə əməkdaşlığımızı möhkəmləndirmək üçün bir çox misal gətirmək olar. Azərbaycan GUAM ölkələrinə BMT işğal olunmuş ərazilərə dair qətnamənin dəstəyinə görə öz dərin minnəttarlığını bildirir. Biz isə Gürcüstana onun ərazi bütövlüyü məsələsində dəstək olduq və bu əməkdaşlığın gözəl nümunəsidir", dedi o.

Əliyevin fikirincə, GUAM gələcəkdə Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayacaq. "GUAM ölkələri və onun dostları Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün birgə regional enerji layihələri həyata keçirirlər. Hal hazırda biz Odessa-Brodı liyihəsi üzərində işləyirik və bizim dostlarımız Ukraynadan və Polşadan bu layihədə iştirak edirlər. Gələcəkdə isə Qaradəniz və Baltikyanı ölkələrin birgə işi dəha çox tərəqqi verəcək", deyə Əliyev qeyd etdi.

O Gürcüstan prezidentinə sammitin yaxşı təkil olunmasına və yaxşı qarşılanmasına görə təşəkkürünü bildirdi. "Sammit GUAM inkişafı üçün böyük önəm verdi. Keçən ili biz GUAM sədirlik edirdik, bu il ərzində bizim təşkilat daha effektiv oldu. Ölkələrimiz arasında əlaqələr möhkəmləndi", o qeyd etdi.

Əliyev Batumidə ARDNŞ-nin qazın verilməsindən sonra yerli ailəyə baş çəkməsini də xatırladdı. "Bu gün biz Batumi sakinin ailəsində olduq. Batuminin Azərbapycandan qaz alması tarixi hadisə oldu. Bu əməkdaşlığımızın təzahürüdür" deyə o vurğuladı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti