...

AŞ PA prezidenti Azərbaycanın müxalifətçi liderləri ilə görüşüb

Siyasət Materials 2 İyul 2008 11:38 (UTC +04:00)
AŞ PA prezidenti Azərbaycanın müxalifətçi liderləri ilə görüşüb

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan müxalifətinin liderləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Mariya de Puçla görüşdə ölkədəki siyasi vəziyyəti, prezident seçkisi öncəsi durumu müzakirə ediblər. "Əsas müzakirə obyekti Azərbaycanda söz azadlığı, mətbuatın vəziyyəti və həbsdə olan jurnalistlərin məsələsi olub", çərşənbə günü görüşdən sonra jurnalistlərə üç partiyanın təmsil olunduğu "Azadlıq" blokunun həmsədri, Milli Birlik hərəkatnının lideri Lalə Şövkət bildirib.

Trend -un arayışı: İki gündür Azərbaycana səfəri başlayan Puç iyulun 3-dək bir sıra görüşlər keçirəcək.

AŞ PA prezidenti Bakıda Azərbaycanın Parlament Assambleyasındakı nümayəndə heyəti, müxtəlif siyasi partiya və vətəndaş cəmiyyəti üzvləri, KİV və diplomatik korpusun nümayəndələri ilə görüşlər keçirir.

AŞ PA prezidenti səfərin ilk günündə qeyd edib ki, Azərbaycana səfəri zamanı hakimiyyət nümayəndələri ilə aparacağı danışıqlarda demokratiyanın daha da təkmilləşdirilməsi xüsusilə diqqət mərkəzində olacaq.

AŞ PA prezidenti ilə müxalifət liderlərinin görüşündə Musavt Partiyasının başqanı İsa Qmbər, Azərbaycan Xalq Cəbhəsi Partiyasınını sədri Əli Kərimli, Milli Birlik Hərəkatının lideri Lalə Şövkət, "Azərbayn Naminə" İctimai Forumun prezidenti Eldar Namazov və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə iştirak edib.

Şövkət deyib ki, AŞ PA prezidenti ilə müzakirələr yaxşı keçib və görüşdən razı qalıb.

"Biz AŞPA prezidentinin nəzərinə çatdırdıq ki, Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra, ölkədə demokratiya sahəsində problemlər var, vətəndaşların siyasi və mülkiyyət hüquqları pozulur. Ümid edirəm ki, AŞ PA prezidenti ilə apardığımız müzakirələrin hansısa nəticələri olacaq", deyə o əlavə edib.

Şövkət bildirib ki, "Azadlıq" blokunun prezident seçkilərini boykot etdiyi AŞPA prezidentinin nəzərinə çatdırılıb. Lakin AŞ PA prezidenti bu məsələyə heç bir reaksiya verməyib.

Müxalifət lideri qeyd edib ki, "Azadlıq" blokunun prezident seçkilərini boykot etməsi qərarı qətidir və AŞ PA prezidenti ilə aparılan müzakirələr bu qərara heç bir təsir göstərməyəcək. "AŞ PA prezidentinin Azərbaycana səfəri seçkiqabağı vəziyyətdə və seçki qanunvericiliyində heç bir dəyişikliyə səbəb olmayacaq, çünki vaxt çox məhduddur, ona görə də, boykot qərarımız dəymişməyəcək", - müxalifətçi lider vurğulayıb.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti