...

Masallının içməli suya olan tələbatı 80 faiz həllini tapıb

Siyasət Materials 3 İyul 2008 23:47 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 3 iyul /müxbir Trend P.Əliyeva/  Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Masallı rayonunda əhalinin işməli suya olan tələbatının ödənilməsi məqsədilə artıq 5 km uzunluğunda, diametri 315 mm olan boru xətti çəkilib. Şəhərdaxili 8000 metr uzunluğunda olan şəbəkə isə yenidən bərpa olunub. Şəhərin müxtəlif yerlərində 50 bulaq tikilərək istifadəyə verilib. Bu barədə məlumat verən Masallı Şəhər ərazi nümayəndiliyinin müavini Xəlil Hüseynovun sözlərinə görə, hazırda kəndlərdə də mövcud olan bu problemin həlli istiqamətində  bir sıra addımlar atılır.

Belə ki, 6 kəndin 10000-dən artıq əhalisinin içməli su tələbatını ödəmək məqsədi ilə 17 kilometrlik Təzə Alvadi-Həsənli-Xırmandalı su xəttinin tikintisi iyul ayının sonuna qədər başa çatdırılacaq. Bu məqsədlə 8  artezian quyusu qazılıb ki, əsas quyunun dərinliyi 300 metrə çatır. Nəticədə, rayonun suya olan ehtiyacı  80% ödəniləcək.

Hüseynov bütölükdə Masallının içməli suya olan tələbatının bu ilin sentiyabr ayınadək həllini tapacağını da diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti