...

Azərbaycan hakimiyyəti prezident seçkisində ən azı 7-8 namizədin iştirak edəcəyini iddia edir

Siyasət Materials 9 İyul 2008 12:17 (UTC +04:00)
Azərbaycan hakimiyyəti prezident seçkisində ən azı 7-8 namizədin iştirak edəcəyini iddia edir

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir E.Babayev/ Azərbaycan hakimiyyəti hesab edir ki, prezident seçkisində ən azı 7-8 namizəd iştirak edəcək.

"Hesab edirəm ki, bəzi partiyaların boykotla bağlı bəyanatları ciddi siyasi çəkiyə malik deyil. Əminəm ki , seçkidə 7-8 namizəd iştirak edəcək", Trend -un məlumatına görə, çərşənbə günü Prezidentin İcra Aparatının İctimai-siyasi şöbə müdiri Əli Həsənov bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Hakim Yeni Azərbaycan Partiyası hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. İqtiadaryönlü Ana Vətən və Sosial Rifah partiyaları seçkidə İlham Əliyevin namiəzdliyini müdafiə etmək qərarı veriblər.

Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkiləri boykot edəcəyi barədə bəyanat verib.

İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb.

Həsənovun sözlərinə görə, əsas siyasi partiyaların əksəriyyəti seçkidə iştiraklarını təsdiqləyiblər. "Bu gün seçkini boykot etmək haqqında çağırışlar qeyri-ciddidir və siyasi palitraya təsir etmək imkanında deyil", - Həsənov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti