...

Kaqandakı partlayışların səbəbi hərbçilərin səhlənkarlığı ilə bağlıdır - hüquq müdafiəçisi

Siyasət Materials 11 İyul 2008 23:19 (UTC +04:00)
Kaqandakı partlayışların səbəbi hərbçilərin səhlənkarlığı ilə bağlıdır - hüquq müdafiəçisi

Özbəkistan, Daşkənd, 11 iyul / Trend müxbir T. Jukov/ Kaqan şəhərindəki hərbi sursatlar anbarında baş vermiş partlayışların səbəbi ali hərbi rəhbərliyin səhləkankarlığı olub. Bu fikri sözügedən Özbəkistan şəhərində baş vermiş hadisənin səbəblərini şərh edən özbəkistanlı hüquq müdafiəçisi, Müstəqil hüquq müdafiəçiləri Təşəbbüs qrupunun rəhbəri Surət İkramov ifadə edib.

İyunun 10-a keçən gecə Özbəkistanın Kaqan şəhərində hərbi sursatlar anbarında baş vermiş partlayışlar nəticəsində üç nəfər həlak olub, 21 adam isə yaralanıb. Bu xəbəri Özbəkistanın FHN-nin mətbuat xidməti yayıb. Ölkənin Müdafiə Nazirliyinin mətbuat katibliyi isə məsələ ilə bağlı hər hansı şərh verməkdən imtina edib.

İkramovun sözlərinə görə, Özbəkistanın Müdafiə Nazirliyində xaos müşahidə olunur. "Bunun bariz nümunəsi kimi savadlı əməkdaşların qeyri-qanuni şəkildə işdən çıxarılmasını göstərmək olar", - deyə o bildirib.

İkramovun sözlərinə görə, nazirlikdə korrupsiya, rüşvətxorluq və qohumbazlıq kimi tendensiyalar çiçəklənməkdədir. "Rütbələr qohumluq əlaqəsi və tanışlığa görə verilir. Bunu bu yaxınlarda nazirliyin 26 zabitinin həbsi göstərir. Həmin zabitlər hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılırlar. 26 nəfəri hamısı müsəlmandır. Onlar xüsusi ayrılmış otaqda mütamadi namaz qılırdılar. Bu isə ölkəmizdə yasaq deyil", - deyə o əlavə edib.

Hüquq müdafiəçisinin fikrincə, Kaqandakı partlayışlar ali hərbi strukturlarda mövcud intizamsızlıqdan xəbər verir. "Bir tərəfdən gənclər (əsasən kənd yerlərindən) yoxsulluqdan qurtulmaq üçün orduya can atırlar. Bu uşaqları başa düşmək olar. Lakin təkcə maddi rifah istəyi insanın yaxşı zabit olması üçün kifayət etmir", - deyə İkramov vurğulayıb.

İyunun 10-da Buxara şəhərinə Özbəkistanın baş naziri Şavkat Mirziyev gəlib. Prezidentin tapşırığı əsasında o şəxsən hökumət komissiyasına rəhbərlik edəcək. Buraya hökumət nümayəndələri, MTN, Baş prokurorluq, Müdafiə Nazirliyi, FHN və DİN təmsilçiləri daxildir.

Cümə günü Özbəkistan FHN-in fövqəladə halların idarəedilməsi mərkəzinin rəhbəri Muxtar Muhiddinov bildirib ki, Kaqan rayoununda və ümumiyyətlə Buxara vilayətində həyat adi tempdə davam edir. Hadisə yerinin ətrafında yaşayan əhali evlərinə dönür.

Məqalənin müəllifi ilə bu ünvan vasitəsi ilə əlaqə saxlamaq olar - [email protected]

Xəbər lenti

Xəbər lenti