...

Sarkozi Şirakın Barselona prosesi üzrə işinə yenidən baxır – Chatham House-nin koordinatoru

Siyasət Materials 15 İyul 2008 15:43 (UTC +04:00)

Britaniyanın Chatham House Analitik Mərkəzinin Yaxın Şərq Proqramlarının koordinatoru Lora Kuper (Laura Cooper), xüsusi olaraq Trend agentliyi üçün

Nikolya Sarkozi Avropanın ənənəvi olaraq "şimal" və "cənub"a bölünməsinə qarşı, Barselona prosesi və Avropa Qonşuluq Siyasəti kimi əvvəlki təşəbbüslərdən daha birgə model qismində Araqlıq dənizi İttifaqını təklif edir. Bu gün Aralıq dənizi İttifaqını son on il ərzində Aralıq dənizi regionunda işgüzar əlaqələrin genişlənməsinin nəticəsi kimi nəzərdən keçirərək ondan çox şey gözləyirlər. Nikolya Sarkozinin təşəbbüsü, ilk növbədə, Aralıq dənizi regionunda iqtisadi artımın ona siyasi dividendlər qazanmağa imkan verəcəyi ümidi ilə, iri iqtisadi layihələrin reallaşdırılmasına yönəlib.

Sarkozi ərəb liderlərini İsrailin Baş naziri ilə bir stol arxasına əyləşməyə inandırmaqla uğura nail olub və belə gurultulu başlanğıcla beynəlxalq ictimaiyyətin diqqətini yenidən Yaxın Şərq sülh prosesinə cəlb edib.

Sarkozi yeni "Aralıq dənizi Klubu" təşəbbüsünün qürurlu atası rolunu oynasa da, əslində, Avropa şübhələri və daxili düşmənçilik Fransa prezidentini Barselona prosesinin yeni mərhələsinin çirkin arvadı roluna məcbur edib. Əvvəlcə bir çoxları ambisiyalı "Aralıq dənizi İttifaqı"nda Barselona prosesini qiymətsizləşdirmək və digər dövlətlərin hesabına Fransanın Aİ-də təsirini artırmaq üçün fransız səylərini görürdülər. Sarkozi üçün güclü müxalifətçi olan kansler Merkel ittifaqı de-fakto olaraq Avropa Komissiyasının nəzarəti altına gətirərək, onun Avropa İttifaqının bütün ölkələrini özündə birləşdirən planına düzəlişlər etməyə məcbur olub. Sarkozinin təşəbbüsü, mahiyyətinə görə, Şirakın Barselona prosesi üzrə işini yenidən nəzərdən keçirmək cəhdidir.

Yaxın Şərqdə İttifaqın İsraillə münasibətlərin normallaşdırılması üçün troya atı qismində çıxış edəcəyi ilə əlaqədar narahatlıq bildirirlər. Bu o zamanda baş verir ki, Liviya prezidenti Müəmmər Qəzzafi, təşəbbüsün yalnız ərəb və Afrika birliyini təhdid edən Avropa müstəmləkəçiliyinin bir forması olduğunu bəyan edərək, sammiti boykot edib. Hətta bu erkən mərhələdə Aralıq dənizi liderləri arasında məqsədlərin vahidliyinə nail ola bilməmək təşəbbüsün uğuru və onun irəliləyişi üçün heç bir yaxşı şey vəd etmir. Yaxın Şərq, sülh prosesi, Ərəb Liqası Dövlətlərinin ittifaqda iştirakının xarakteri və dərəcəsi kimi əsas məsələlər üzrə bütün maneələr və fikir ayrılıqları qalacaq.

Prezident Sarkozi, şübhəsiz ,ittifaqın yaradılması haqqında elanla əlaqədar nəzərəçarpacaq gərginlik olsa da, belə hörmətli insanları Parisdə toplayaraq müəyyən çevriliş edib. Fransanı vasitəçi və yardımçı tərəf kimi göstərən Sarkozinin ittifaqı rəsmi Parisi Barselona prosesinin tava daşını canlandıra və Aİ və Yaxın Şərq arasında münasibətləri fəallaşdıra biləcək fəal qismində təqdim etmək cəhdidir.

Lakin təşəbbüs mahiyyətinə görə çox qısa ola bilər. Sarkozinin ambisiyaları uzunmüddətli perspektiv üçün əlçatmaz ola bilər. Prezident Buş administrasiyasının qürubunda Sarkozi İttifaqı müvəqqəti olaraq Yaxın Şərq boşluğunda onun yerini tuta bilər, lakin çətin ki, ABŞ -dakı seçkilərədək nəzərəçarpacaq irəliləyişə nail ola bilsin. İsrail və fələstinlilər arasında uzunmüddətli saziş isə, ABŞ -ın yeni administrasiyasının tərəfdarlığı və iştirakı olmadan, əlçatmaz ola bilər.

Xəbər lenti

Xəbər lenti