...

Avropanın Gürcüstandakı münaqişələri tənzimləmək imkanı yoxdur - ekspertlər

Siyasət Materials 18 İyul 2008 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul/ Trend , E.Tariverdiyeva/ Almaniyanın Gürcüstandakı münaqişələrin həllinə kömək etməyə hazır olmasına baxmayaraq, ümumilikdə Avropanın gürcü-abxaz münaqişəsini həll edəcəyini gözləmək çətindir, - ekspertlər hesab edir.

"Avropadan gürcü-abxaz münaqişəsinin həll edilməsinə kömək edəcəyini gözləmək çətindir. Buna baxmayaraq, Avropa (xüsusilə də Almaniya) Gürcüstandakı siyasi stabilliyin yaxşılaşmasına kömək etməkdə çox şad olardı", - londonlu ekspert Tomoyuki Xaşimoto hesab edir.

Cümə axşamı Almaniya XİN-in başçısı gürcü-abxaz münaqişəsinin tənzimlənməsinin planını müzakirə etmək üçün Tbilisiyə gəlib. KİV-in məlumatlarına görə, BMT Baş katibliyinin Gürcüstan üzrə dostları qrupunun işləyib hazırladığı üçmərhələli plan, Abxaziyanın Qali rayonuna qaçqınların qayıtmasını, tanınmamış respublikanın iqtisadi bərpasını və Abxaziyanın statusunun müzakirəsini nəzərdə tutur.

"Hazırda təəssüf ki, Aİ Gürcüstanda yalnız status-kvonu saxlaya bilər. Aİ-nin münaqişələrin tənzimlənməsi üzrə nüfuzu və təcrübəsi çatmır", - Trend -a çərşənbə axşamı Stenford Universiteti yanında Ümumdünya Beynəlxalq Araşdırmalar Assosiasiyasının üzvü Xaşimoto bildirib.

Alman ekspert Aleksandr Raranın fikrincə isə, Almaniya abxaz münaqişəsinin tənzimlənməsi üçün üçmərhələli həll təklif edir. "Almaniya hətta Abxaziyanın iqtisadi bərpası rolunda baş sponsor kimi çıxış etməyə hazırdır", - Trend -a çərşənbə axşamı Almaniya Şurasının xarici siyasət üzrə Rusiya və MDB ölkələri proqramlarının direktoru Rar deyib.

Rusiyalı ekspert Vladimir Jarixin hesab edir ki, Aİ və Qərb oxşar münaqişələrin tənzimlənməsində öz imkanlarını Kosovonun timsalında göstəriblər. Əgər Gürcüstanı bu cür vasitəçilik təşəbbüsləri qane edirsə, onda seçim onundur.

"Rusiya digər Avropa ölkələrindən fərqli olaraq, Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ və Dnestryanı vilayətin müstəqilliyini tanımayıb, Avropa İttifaqı isə bu məsələlər üzrə öz mövqeyini Kosovonun timsalında nümayiş etdirib. Əgər Gürcüstanı bu cür kardinal həll qane edirsə, onda Gürcüstan vasitəçilik təşəbbüslərinə görə Qərbə müraciət etmək hüququnu özündə saxlayır", - Trend -a çərşənbə axşamı MDB Ölkələri İnstitutunun direktor müavini Jarixin bildirib.

Ekspertlər hesab edirlər ki, Abxaziyanın statusu hələlik müzakirə edilməməlidir. "Almaniya xarici işlər nazirinin təklif etdiyi status sülhməramlı prosesin ən sonunda müəyyənləşdirilməlidir. Bütün ikişaf variantları, o cümlədən separat respublikaların suverenliyi açıq qalmalıdır. Berlinin təkid etdiyi ilkin addım, gürcü, abxaz və Pusiya hakimiyyətlərinin münaqişəni güc yolu ilə həll etməkdən imtina etmələridir", - Rar deyib.

Jarixinin fikrincə, gürcü-abxaz və Gürcüstan-Cənubi Osetiya münaqişələri zonasındakı sülhməramlılar istər-istəməz yeganə missiyanı - tərəflər arasında silahlı münaqişəyə yol verməmək missiyasını yerinə yetiriblər və yetirirlər. "Onların vəzifəsi hərbi əməliyyatlara mane olmaqdır və onlar bunu bəzi çatışmamazlıqlarla da olsa həyata keçirirlər" - o deyib.

"Ümumilikdə, regionda hərbi əməliyyatların mümkünlüyü aşağıdır. Çünki Gürcüstanın irimiqyaslı əməliyyatları həyata keçirmək üzrə real imkanları yoxdur. Lakin bu, terror aktları kimi təxribatların Abxaziya və Gürcüstanın inzibati ərazisində davam etdirilməsini istisna etmir", - Jarixin əlavə edib.

Keçən cümə Gürcüstan və Cənubi Osetiya mövqelərinin Zanursk və Sxinvali rayonlarında və Sxinvalidə təmas xəttində baş verən atışma nəticəsində iki nəfər öldürülüb, onadək insan yaralanıb. Bazar ertəsinə keçən gecə Abxaziya şəhəri Qalidə şəhərin mərkəzində yerləşən kafedə dörd nəfərin ölümünə, altı nəfərin isə yaralanmasına səbəb olan partlayış baş verib.

SSRİ dağıldıqadan sonra Gürcüstan SSR-nin tərkibində muxtariyyət statusu olan Abxaziya və Cənubi Osetiya müstəqilliklərini bəyan etdilər. Rəsmi Tbilisinin bu ərazilər üzərində nəzarəti itirməsi ilə nəticələnən silahlı münaqişədən sonra müvəffəqiyyətsiz sülh danışıqları aparılır. Tbilisi onlara Gürcüstan tərkibində geniş muxtariyyət təklif edir. Bu isə separatçıları qane etmir.

Materialın hazırlanmasında R.Ağayev (Rusiya), A.Qasımova (Bakı) da iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti