...

Azərbaycan prezidenti Türkiyəyə yola düşüb

Siyasət Materials 24 İyul 2008 11:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul/ Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə ərazisindən keçən hissəsinin təməlqoyma mərasimində iştirak etmək üçün Qars şəhərinə yola düşüb.

Dəmir yolunun tikintisi haqqında saziş 2007-ci il fevralın 7-də Azərbaycan prezidenti İlham Əliyev, Tükiyənin Baş naziri Rəcəb Təyyib Ərdoğan və Gürcüstan prezidenti Mixail Saakaşvili tərəfindən imzalanıb.

Dəmir yolu xəttinin layihəsi üç ölkənin nəqliyyat və iqtisadi sistemlərinin birləşməsi və kommersiya transaksiyaların genişlənməsi məqsədilə hazırlanıb. Bakı-Tbilisi-Qars regionda iqtisadi inkişafı sürətləndirəcək, sülh və əmin-amanlığı dəstəkləyəcək. Türkiyə layihəyə 380 mln. türk lirəsi ayırıb. Gürcüstan öz növbəsində 29 km-lik hissəni tikəcək və mövcud xətti bərpa edəcək. Dəmir yolunun tikintisinin 2010-cu ildə tamamlanması gözlənilir.

Xəbər lenti

Xəbər lenti