...

Azərbaycan Gürcüstanın müstəqilliyinin qarantıdır – Mixail Saakaşvili

Siyasət Materials 24 İyul 2008 14:17 (UTC +04:00)
Azərbaycan Gürcüstanın müstəqilliyinin qarantıdır – Mixail Saakaşvili

Türkiyə, Qars, 24 iyul/ Trend , müxbir A.Əliyev/ Gürcüstan prezidenti Mixail Saakaşvili hesab edir ki, Azərbaycanın dəstəyi Gürcüstanın müstəqilliyinin qarantıdır. "Azərbaycan Gürcüstanın müstəqilliyinin qarantıdır", - cümə axşamı Qarsda Bakı-Tbilisi-Qars magistralının Türkiyə hissəsinin təməlqoyma mərasimində çıxış edən Saakaşvili bildirib.

Azərbaycanın həmişə çətin zamanlarda Gürcüstanın yanında olduğunu qeyd edən Saakaşvili xatırladıb ki, 2005-ci ilin qışında enerji böhranı zamanı Azərbaycan Gürcüstanı qazla təmin edib. "Gürcüstan xalqı bunu heç zaman unutmayacaq", - prezident bildirib və əlavə edib ki, Azərbaycan-Gürcüstan əməkdaşlığı xalqların rifahının yüksəlməsinə xidmət edir.

Saakaşvilinin sözlərinə görə, Gürcüstan, Türkiyə və Azərbaycanın siyasi iradəsi sayəsində bütün maneələr arxada qalıb və tərəflər uğurlu regional əməkdaşlıq aparırlar. Saakaşvili əhəmiyyətli aspektlər arasında Bakı-Tbilisi-Ceyhan neft kəmərini, Bakı-Tbilisi-Ərzurum qaz kəmərini göstərib. O hesab edir ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi xüsusi əhəmiyyət kəsb edir. "Bu bizim uğurlu əməkdaşlığımızın davamıdır", - o söyləyib.

"Bakı-Tbilisi-Qars" layihəsi çərçivəsində yeni 105 kilometrlik dəmir yolu magistralı qolunun tikintisi planlaşdırılır. Onun 76 kilometri Türkiyə, 29 kilometri Gürcüstan ərazisindən keçəcək. Bundan əlavə, Gürcüstanda ötürmə gücünü ildə 15 ton yükə çatdırmaq üçün 183 kilometrlik Axalkalaki-Marabda-Tbilisi dəmir yolu sahəsi yenidən qurulacaq. Axalkalakidə qatarların Gürcüstanda mövcud olan relslərdən Avropa relslərinə keçməsi üçün məntəqə tikmək də planlaşdırılır. Layihə $422 mln. , müvafiq infrastruktur nəzərə alınmaqla isə $600 mln. qiymətləndirilir. Nəqliyyat dəhlizinin 2011-ci ildə istismara verilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti