...

Bakı-Tbilisi-Qars layihəsi bütün Qafqaz regionu üçün açıqdır – Türkiyə prezidenti

Siyasət Materials 24 İyul 2008 15:03 (UTC +04:00)
Bakı-Tbilisi-Qars layihəsi bütün Qafqaz regionu üçün açıqdır – Türkiyə prezidenti

Azərbaycan, Bakı, 24 iyul/ Trend , müxbir Ü.Sadıqova, R.Hafizoğlu/ Türkiyə prezidenti Qafqaz regionu ölkələrini Bakı-Tbilisi-Qars regional dəmir yolu layihəsinin reallaşdırılmasına qoşulmağa çağırıb. "Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Qafqaz regionunun bütün ölkələri üçün açıqdır", - prezident Abdullah Gül cümə axşamı Qarsda, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Türkiyə hissəsinin təməlqoyma mərasimində bildirib.

Onun sözlərinə görə, layihə yalnız Azərbaycan, Gürcüstan və Türkiyəni deyil, həm də Çindən başlamaqla Asiya ölkələri ilə Avropa ölkələrini birləşdirir. "Bu layihə həm regionun iqtisadiyyatı, həm də bu layihədə iştirak edən ölkələrin əhalisi üçün böyük iqtisadi əhəmiyyət kəsb edir", - o söyləyib.

"Bəzi dövlətlərin" BTQ-nin məqsədəuyğunluğuna dair bütün şübhələrinə baxmayaraq, Qazaxıstan da daxil olmaqla, bir sıra Asiya ölkələri bu layihənin həyata keçirilməsində maraqlıdırlar və Qazaxıstan prezidenti Nursultan Nazarbayev şəxsən özü bu barədə bəyanat verib", - Gül qeyd edib.

O, Türkiyə ilə yanaşı, Azərbaycan və Gürcüstanın da layihəyə böyük maraq göstərməsindən məmnunluğunu ifadə edib. "Bütün bunlar ölkələrin siyasi ambissiyalara malik olduqları halda, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Ceyhan neft kəməri, bundan sonra isə Bakı-Tbilisi-Qars kimi çox sayda layihələrin həyata keçirilməsinin mümkün olmasına dəlalət edir", - o söyləyib.

"Mən əminəm ki, bu layihə uğurlu olacaq. Belə ki, hər üç ölkə buna çox böyük səy göstərir və bütün məsələlər vaxtından əvvəl həll edilib. Bu layihə yalnız Qafqazın iki ölkəsini deyil, bütün Qafqaz regionunu birləşdirir ki, bu da həmin ölkələrin müstəqilliyinin təzahürüdür", - Gül söyləyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti