...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Siyasət Materials 5 Avqust 2008 10:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 avqust / Trend ", müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 4-də saat 23.10-dan 23.25-dək və avqustun 5-də saat 00.30-dan 00.40-dək Ermənistan Respublikası Berd rayonu Çinari və Noyemberyan rayonu Vazaşen kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi, Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 08.50-dən 09.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.20-dən 20.45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.20-dən 23.35-dək və avqustun 5-də saat 04.30-dan 05.15-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti