...

Azərbaycanın müxalif partiyasının BŞİH-yə qarşı iddiası üzrə məhkəmə baş tutmayıb

Siyasət Materials 8 Avqust 2008 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 avqust / Tr , müxbir E.Babayev/ Müxalif Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası baş tutmayıb. Bu barədə cümə günü Trend -a AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov məlumat verib. O bildirib ki, buna səbəb qarşı tərəfin məhkəməyə gəlməməsi olub.

BŞİH AMİP-in keçirmək istədiyi aksiyalara icaz verməyib. Bu səbəbdən partiya ötən ilin sonunda BŞİH-ni məhkəməyə verib. Səbail rayon məhkəməsinin 22 sentyabr 2007-ci il qərarı ilə AMİP-in iddiası təmin olunmayıb. Bundan sonra AMİP digər məhkəmə instansiyalarına müraciət edib. Nəticədə Bakı Apellyasiya Məhkəməsi işə yenidən baxılması üçün ilkin instansiya məhkəməsinə göndərib.

Orucov bildirib ki, AMİP sərbəst toplaşmaq azadlığının təmin olunmasını istəyir. "Qarşı tərəf məhkəməyə gəlmədiyindən hakim Rauf Əhmədov prosesi avqustun 27-nə təyin edib", - deyə o əlavə edib.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti