...

Gürcüstanda gecə vaxtı böyük hava əməliyyatları aparılmır - Rusiya Baş qərargahı

Siyasət Materials 11 Avqust 2008 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust/ Trend , müxbir R.Novruzov/Rusiya gecə vaxtı Gürcüstan ərazisi üzrə hərbi təyyarələrin uçuşunu aparmır, - bazar ertəsi Moskvada keçirilən mətbuat konfransında Rusiya Federasiyası Silahlı Qüvvələri Baş qərargahının rəis müavini Anatoli Noqovitsın deyib.

"Əlli təyyarə gecə vaxtı uça bilməz. Mən bilmirəm Gürcüstan bu məlumatları haradan götürür, gecə yalnız tək-tək uçuşlar keçirilir", -  Noqovitsın bildirib.

Onun sözlərinə görə, gecə uçuşları gündüz keçiriləcək əməliyyatların hazırlığına istiqamətlənib. Gecə vaxtı Gürcüstan ərazisi üzrə irimiqyaslı heç bir əməliyyat aparılmır.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Səhər gürcü ordusunun Tsxinvaliyə daxil olması barədə məlumat yayılıb. Rəsmi Tbilisi bu hadisələri "Konstitusiya rejiminin bərpası"adlandırır. Tanınmamış Cənubi Osetiya Rusiyadan hərbi kömək istəyir. Dünən Gürcüstanın ehtiyatda olan hərbçilərinin səfərbərliyi elan edilib.

Xəbər lenti

Xəbər lenti