...

Rusiya Tsxinvali regionunda etnik təmizləmə aparıb - Matias Yorş

Siyasət Materials 19 Avqust 2008 14:32 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Rusiya və Cənubi Osetiyanın separatçı rəhbərliyi Tsxinvali regionunda etnik təmizləmə aparıblar. Bu barədə Gürcüstanda səfərdə olan AŞPA-nın Gürcüstan üzrə Monitorinq Komitəsinin məruzəçisi Matias Yorş Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili ilə görüşündən sonra deyib.

Onun sözlərinə görə, Gürcüstan etnik təmizləməni sübut edən faktlara malikdir və bu, bütün dünyaya nümayiş etdirilməlidir.

Yorş qeyd edib ki, söhbət artıq Tsxinvali regionundakı münaqişədən yox, Gürcüstan ərazisinin rus qoşunları tərəfindən işğalından gedir. Onun sözlərinə görə, 21-ci əsrdə Avropa Şurasının bir üzvünün təşkilatın digərinə üzvünə qarşı özünü belə aparması qəbuledilməzdir. Yorş hesab edir ki, Avropa Rusiyanın hərəkətlərini ittiham etmək məsələsində yekdil olmalıdır.

Xəbər lenti

Xəbər lenti