...

Türkiyə Baş nazirinin Azərbaycana səfər proqramı açıqlanıb

Siyasət Materials 19 Avqust 2008 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust/ Trend , müxbir R.Novruzov/ Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri yarımgün davam edəcək. Türkiyəli Baş nazir avqustun 20-də günün ikinci yarısında Bakıya gələcək, axşam isə Ankaraya geri dönəcək, çərşənbə axşamı bu ölkənin Azərbaycandakı səfirliyindən Trend -a bildiriblər.

Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə onun iqamətgahında görüşəcək və "Qafqaz İttifaqı"nın yaradılması imkanlarını müzakirə edəcək. Türkiyəli Baş nazir tərəfindən ilk dəfə səsləndirilən Ankaranın bu təşəbbüsünə Cənubi Qafqaz ölkələri ilə yanaşı, Rusiaya da daxil olacaq.

Yarımgünlük səfər zamanı Azərbaycan prezidenti və Türkiyənin hökumət başçısı Cənubi Qafqazda sülh və sabitliyi təhdid edən toqquşmalar və gərginliyin aradan qaldırılması üzrə birgə tədbirlər haqqında fikir mübadiləsi aparacaqlar, Türkiyəli Baş nazirin Bakıya səfəri ərəfəsində yayılmış bəyanatda bildirilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti