Azərbaycan, Bakı, 19 avqust / Trend / İranın Silahlı Qüvvələri bütün güc və sayıqlıqla regionda baş verən prosesləri izləyir və İrana qarşı istənilən hücum zamanı düşmən regiondan saği dönməyəcək.- deyə İranın Silahlı Qüvvələrinin baş komandanı Ətaüllah Salehi çərşənbə axşamı İranın digər ölkələrdə olan Hərbi Attaeşeləri ilə görüşündə bildirib. Bu barədə İranın "İrna" agentliyi məlumat yayıb.
Salehi İranın Hərbi Attaşelərini bu ölkənin digər ölkələrdə güc və qüdrət səfirləri adlandırıb.