...

Bu gün hər şeydən vacib Rusiyanın Gürcüstandan qoşunlarını çıxartmaq barədə üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsinə nail olmaqdır - Böyük Britaniya XİN-in rəhbəri

Siyasət Materials 20 Avqust 2008 12:41 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 20 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Bu gün hər şeydən vacib Rusiyanın Gürcüstandan qoşunlarını çıxartmaq barədə üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsinə nail olmaqdır, Moskva vədinə əməl etməyəcəyi təqdirdə, hansı tədbirlərin görüləcəyini müzakirə etməyə isə ehtiyac yoxdur, - Gürcüstan prezidenti ilə birgə brifinqdə Böyük Britaniyanın xarici işlər naziri Devid Milliband deyib.

Onun sözlərinə görə, diplomatiyada əvvəlcədən öz niyyətini açıqlamaq qəbuledilməzdir. "Bir şeyi dəqiqliklə söyləmək mümkündür, Rusiya öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsə, ona ciddi təzyiq göstəriləcək", - nazir qeyd edib.

"Böyük Britaniya yekdilliklə Gürcüstanı dəstəkləyir və hesab edir ki, beynəlxalq hüququ güclə əvəz etmək olmaz", - o bildirib.

Milliband deyib ki, son on ildə Rusiya "özünü elə bu cür aparır ki, bu da beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olur". "NATO bu gün birmənalı şəkildə Gürcüstanı dəstəklədi və Rusiyadan qoşunların çıxarılmasını tələb etdi", - o deyib.

Nazir vurğulayıb ki, başlıca məsələ - Rusiyanın hərəkətlərinə vahid münasibətin müəyyənləşdirilməsidir. "NATO-nun Gürcüstan üzrə komissiyasının yaradılması, Tbilisiyə tezliklə alyansa inteqrasiya etməyə imkan verəcək", - o deyib.

Britaniyalı nazir onu da bəyan edib ki, onun ölkəsində Gürcüstandakı humanitar vəziyyətlə bağlı böyük narahatlıq var və ölkəsi humanitar yardımın göstərilməsində iştiraka hazırdır.

Xəbər lenti

Xəbər lenti