...

Azərbaycan MSK-nın sədri dairə seçki komissiyalarını seçki günü daxil olacaq şikayətlərə məsuliyyətlə yanaşmağa çağırıb

Siyasət Materials 21 Avqust 2008 11:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir E.Babayev/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri dairə seçki komissiyalarının katibliklərinin ərizə və şikayətlərin baxılmasına məsul olan əməkdaşlarını seçki günü daxil olacaq şikayətlərə məsuliyyətlə yanaşmağa çağırıb.

"Daxil olan bütün şikayətlərə qanunun tələblərinə uyğun olaraq dərhal baxılmalıdır", - cümə axşamı MSK sədri Məzahir Pənahov dairə seçki komissiyalarının katibliklərinin ərizə və şikayətlərin baxılmasına məsul olan əməkdaşları üçün "Ərizə və şikayətlərin baxılması qaydaları" ilə bağlı keçirilən treninqdə deyib.

Treninq MSK, Avropa Şurasının Venesiya Komissiyası və Seçki Sistemləri üzrə Beynəlxalq Fondla (İFES) birlikdə keçirilir. Avqustun 21-22-də keçiriləcək treninqdə 65, avqustun 25-26-da keçiriləcək treninqdə isə 60 DSK katibliyinin əməkdaşları iştirak edəcək.

Pənahov vurğulayıb ki, treninqlərin keçirilməsində məqsəd ərizə və şikayətlərin baxılmasına məsul olan DSK katiblikləri əməkdaşlarının peşə hazırlığı səviyyəsinin yüksəldilməsidir. "Bu treninqlər seçkilərin daha da demokratik keçirilməsində xüsusi rol oynayacaq", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti