Azərbaycan, Bakı, 20 avqust / Trend , müxbir V.Javoronkova/ Cənubi Osetiyadakı silahlı münaqişədən sonra Gürcüstanın NATO -ya daxil olması Avropa ilə ABŞ arasında qarşıdurmaya gətirib çıxara bilər. Bəzi Qərb ekspertlərinin fikrincə, Avropa buna görə Rusiya ilə münasibətləri korlamaq istəmir, lakin ABŞ administrasiyası Gürcüstanın NATO -ya qoşulmasının sürətləndirilməsi üçün hər şey edəcək.
NATO rəhbərliyi 2008 - ci ilin aprelində Gürcüstanın Alyansa qəbul edilməsinə dair qərarın cari ilin dekabr ayınadək təxirə salınması barədə qərar qəbul edib. Tanınmamış Cənubi Osetiya Respublikasında avqustun 8 -dən 12-dək aparılan rus- gürcü hərbi əməliyyatları vəziyyəti bir qədər dəyişib. Gürcüstan prezidenti Mixail Saakaşvili televiziya ilə xalqa müraciətində bildirib: "Mən əminəm ki, Gürcüstan mütləq Şimali Atlantika Alyansının üzvü olacaq".
Cənubi Osetiyadakı hərbi əməliyyatlaradək NATO üzvlərinin Gürcüstanın Şimali Atlantika Alyansına daxil olmasına dair mövqeyi ümumi deyildi. ABŞ respublikanın tezliklə qərb hərbi strukturuna cəlb edilməsini təkid edir, Rusiya ilə gərəksiz qarşıdurmaya başlamaq istəməyən Almaniya və Fransa isə Gürcüstanın NATO -ya daxil olmasına qarşı fəal çıxış edirdi.
" Gürcüstanın üzvlüyünə Rusiyanın diplomatik təhqiri kimi baxılacaq, NATO-nun Avropadan olan üzvləri hazırda bundan qaçmağa çalışırlar", - deyə Trend -a avropalı ekspert Arnold Kemel (Arnold Kammel) bildirib. Onun rəyinə görə, rəsmi Berlin Rusiya ilə münasibətlərdə diplomatik qıcıqdan qaçmağa çalışır və NATO -ya üzv olan Avropa dövlətləri Gürcüstana müttəfiq kimi həvəssiz baxırlar.
"Onlar üçün Rusiya ilə yaxşı münasibətlər daha maraqlıdır",- deyə Avropa Təhlükəsizlik İnstitutunun professoru Kemel bildirib.
Amerikanın NATO üzrə eksperti Martin Uolker (Martin Walker) Avropanın bu mövqeyini, ora Rusiyanın enenrji daşıyıcılarının tədarük olunması ilə izah edir. Onun fikrincə, avropalılar hesab edirlər ki, Rusiya öz təsir dairəsində hüquqlara malikdir.
"Avropa İttifaqı, Rusiyanın Baltikyanı dövlətlər və Şərqi Avropada təsir dairəsinin genişlənməsinə mane olmağa başlayandan, Qafqazı Rusiyaya qurban verdi", - deyə Trend - a "World Policy Institute"nun əməkdaşı Uolker bildirib.
Onun fikrincə, Gürcüstanın NATO -ya qoşulması tezliklə olmayacaq; Rusiya tərəfindən fasiləsiz enerji daşıyıcılarının tədarükündə maraqlı olan avropalılar onun Alyansa daxil olmasına etiraz edəcəklər.
"Bu, onların apardığı daxili enerji islahatlarının, bu ölkələrin Rusiya nefti və qazından daha az asılı olmalarını hiss etməyə imkan verməyənədək davam edəcək", - deyə ekspert əlavə edib.
Rusiyalı ekspert Aleksey Vlasov hesab edir ki, Gürcüstanın Alyansa qoşulmasına münasibətdə Avropanın mövqeyi həm də ona görə kifayət qədər şübhəlidir ki, NATO-ya elə bir ölkə üzv olmaq istəyir ki, ərazisində iki başa çatmamış münaqişə var, hətta onlardan biri qaynar mərhələdədir.
Rusiyalı ekspert hesab edir ki, Gürcüstanın NATO -ya daxil olması prosesində ABŞ -ın maraqları əsas rol oynayır. Onun fikrincə, hakimiyyətdə hazırkı Amerika administrasiyası olduqca, bu prosesin sürətləndiriləcəyi ehtimalı kifayət qədər çoxdur.
"Bu, Amerimka layihəsidir, NATO isə hazırda Dövlət Departamentinin fəaliyyətinin aləti kimi istifadə olunur", - deyə Trend - a Postsovet məkanının öyrənilməsi üzrə Mərkəzin direktoru Vlasov bildrib.
Politoloq Vlasovun rəyinə görə, Cənubi Osetiyadakı münaqişə ilə bağlı Gürcüstanın NATO -ya daxil olmaq şansları əhəmiyyətli dərəcədə artıb.
Qarb ekspertləri hesab edirlər ki, Gürücstanın Alyansa daxil olmasında Amerika, məhz Buş administrasiyası və Respublika partiyası əsas rol oynayır.
Uolkerin rəyinə görə, Birləşmiş Ştatlar həm Buş administrasiyası, həm də Makkeyn administrasiyası idarəçiliyində Gürcüstanın quruma qoşulmasını dəstəkləyəcək, lakin, Obama administrasiyası dövründə bu, ehtimal olunan deyil.
Ekspertin rəyinə görə, ABŞ Gürcüstanı NATO -nun tədricən qoşulduğu, həmçinin, Fars Körfəzi ölkələrinin əməkdaşlıq Şurası, İraq və Hindistanın da daxil olacağı formalaşan təhlükəsizlik sistemində (Türkiyə də daxil olmaqla) əsas üzvü kimi görür.
Uolker hesab edir ki, bu, ABŞ -ın Yaxın Şərq, Xəzər hövzəsi və Cənubi Asiyada maraqlarının müdafiəsi üçün yaradılır və Şanxay əməkdaşlıq qrupuna zidd mövqedən çıxış edəcək.
"Hətta NATO bu kimi genişlənməyə qarşı çıxsa belə, ABŞ, çox güman ki, istənilən halda Rusiyanın nəzarəti altnda olmayan Xəzər neftinin əldə eldilməsi üzrə mühüm strateji maraqları nəzərə alaraq, bu prosesi hətta Obamanın hakimiyyəti dövründə belə davam etdirəcək", - deyə amerikalı ekspert hesab edir.
Digər amerikalı ekspert Berta Rokmanın (Bert A. Rockman) fikrincə, Gürcüstanın NATO -ya qoşulmasına bəzi amillər mane olur, onlardan biri heç kimin Gürcüstana görə müharibə etməyə hazırlaşmamasıdır: ABŞ bacarmır, Qərbi Avropa isə, sadəcə olaraq, bunu etməyəcək.
"Gürcüstan, Ukrayna, indi Polşa və ABŞ-da mühafizəkarlar fraksiyası da Gürcüstan və Ukraynanın Alyansın tam hüquqlu üzvü olmasını ı istəyir, relalaqda isə, bu istək bir çox çətinliklərlə üzləşir, buna görə onun həyata keçirilməsi ağılsızlıq olacaq", - deyə elektron poçt ilə Trend -a "ABŞ hökumətinin siyasi quruluşu" məqaləsi və "The Bush Presidency: First Appraisals" kitabının müəllifi Rokman bildirb.
"Vəziyyətin əsaslı şəkidə dəyişməyəcəyi təqdirdə, çox ehtimal ki, ABŞ, son məqsədi Cənubi Qafqazda Alyans meydanının yaradılması olan, daha doğrusu, Gürcüstanın NATO -ya qoşulması olan düşünülmüş oyunu sona çatdıracaq", - deyə rusiyalı ekspert Vlasov bildirib.
NATO Bloku 1949- cu il aprelin 4 - də Vaşinqtonda imzalanan Şimali Atlantika sazişi əsasında yaradılıb. 2007-ci ilədək bloka dövlət daxil olan ölkələrin sayı 26 -dır.
Materialın hazırlanmasında E.Tariverdiyeva (Bakı) və R.Ağayev (Moskva) iştirak ediblər.
Məqalə müəllifi ilə əlapqə ünvanı: [email protected]