...

ABŞ səfirliyi prezident seçkilərinin yekun qiymətləndirilməsi zamanı Qeyri Hökumət Təşkilatlarının rəyini nəzərə alacaq

Siyasət Materials 21 Avqust 2008 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir C.Babayeva/ ABŞ -ın Azərbaycandakı səfirliyi oktyabrın 15 -də keçiriləcək prezident seçkiləri zamanı müşahidə prosesində fəal iştirak edəcək.

"Səfirlik seçkiləri izləyəcək təşkilatlarla əməkdaşlıq edəcək və seçkilərin yekun qiymətləndirilməsi zamanı onların rəyini nəzərə alacaq", - deyə cümə axşamı "Seçki 2008" QHT Koalisiyasının nümaynədələri ilə görüşdə ABŞ -ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Coanna Qanson bildirib.

"Seçki 2008" QHT Koalisiyası prezident seçkilərində ictimai fəallığın artırılması məqsədi ilə yaradılıb. Koalisiya "İnam" Plüralizm Mərkəzi, Multimedia İnformasiyalar Sistemi və Texnologiyaları Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondu, Mətbuat Şurası İdarə Heyətinin üzvü Umud Rəhimoğlu, KASKFEN-nin sədri Azər Həsrət tərəfindən təsis edilib.

Qanson belə bir passiv seçki mühitində vətəndaş cəmiyyəti qurucularının aktiv fəaliyyətini yüksək qiymətləndirib. "Çox şadam ki, belə sakit bir mühitdə, bəzi müxalifət partiyalarının prezident seçkilərini boykot etməsinə baxmayaraq, Azərbaycan QHT-ləri seçkilərlə bağlı fəaliyyətlə məşğul olur"- deyə o bildirib.

Onun sözlərinə görə, ABŞ səfirliyi Azərbaycan hökumətinə şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün yardım göstərəcək. "Bunun üçün səfirlik bir sıra layihələri və təşkilatları dəstəkləyir, təlimlər və görüşlər keçirir", - deyə Qanson bildirib.

Müşavir seçkilərlə bağlı yekun rəylərini seçkilərdən sonra verəcəklərini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti