...

Azərbaycanın Mətbuat Şurası KİV-ə maliyyə yardımın ayrılmasının yubadılması səbəblərini təhqiq edib

Siyasət Materials 21 Avqust 2008 19:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust/ Trend , müxbir E.Babayev/ Azərbaycanın Mətbuat Şurası Azərbaycan prezidentinin sərəncamına əsasən kütləvi informasiya vasitələrinə (KİV) göstərilməli maliyyə dəstəyinin yubadılması səbəblərini təhqiq edib.

Azərbaycan prezidenti İlham Əliyev iyulda kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, qəzet və informasiya agentliklərinin hər birinə beş min manat məbləğində yardım göstəriləcək. Siyahıda səkkiz informasiya agentliyi və 30 qəzet var. Maliyyə Nazirliyinə vəsaitlərin verilməsini təmin etmək tapşırılıb.

"Mətbuat Şurasına KİV-dən maliyyə yardımının alınmaması haqqında çox sayda müraciət daxil olub. Bu gün mən Maliyyə Nazirliyi ilə əlaqə saxladım və oradan bildirdilər ki, onların tərəfindən heç bir problem yoxdur", - Mətbuat Şurasının sədri Əflatun Amaşov cümə axşamı Trend -a bildirib.

Nazirlikdən Amaşova bildiriblər ki, bir sıra KİV artıq maliyyə yardımı alıblar. "Vəsaitləri almayan KİV Maliyyə Nazirliyinə bank rekvizitləri haqqında məlumat təqdim etməyiblər", - Amaşov bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti