Gürcüstan, Tbilisi, 25 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Ölkə əhalisinin əksəriyyəti rus siyasətçiləri arasında Baş nazir Vladimir Putini Gürcüstana qarşı düşmən əhval-ruhiyyəsində olan hesab edirlər. Bu fikri "Kviris palitra" həftəliyinin keçirdiyi sorğuda iştirak edən gürcülərin 88 faizi dəstəkləyir.
İkinci yerdə Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski və Cənubi Osetiya separatçılarının rəhbəri Eduard Kokoytıdır.
Gürcülərə mənfi münasibət göstərən siyasətçilərdən respondentlər RF prezidenti Dmitri Medvedyevin, abxaz separatçısı Sergey Baqapşın, Dövlət Dumasının vitse-spikeri Lyubov Sliskayanın, qondarma Cənubi Osetiya Respublikasının vitse-naziri Boris Çoçoyevin, general Marat Kuləhmədovun adlarını çəkiblər.
Dünən Gürcüstan prezidenti parlamentin Rəyasət Heyəti ilə görüşdə Gürcüstan və Rusiya arasındakı qarşıdurmanın Putinin şəxsi motivləri ilə bağlı olması fikrini "sarsaqlıq" adlandırıb. "Mən heç vaxt Putini təhqir etməmişəm. Bu barədə qəzetlər yazır və onalar belə şayiələr yayırlar, lakin bizim qarşıdurma demokratik və avtoritar rəhbərlik arasında olan sistemli qarşıdurmadır", - o deyib.