...

Müsəlmanlar şəriətə riayət etməli və Qərbin qaydalarına tabe olmamalıdırlar – Şeyx Məhəmməd Hüseyn Fədlullah

Siyasət Materials 29 Avqust 2008 10:45 (UTC +04:00)
Müsəlmanlar şəriətə riayət etməli və Qərbin qaydalarına tabe olmamalıdırlar – Şeyx Məhəmməd Hüseyn Fədlullah

Azərbaycan, Bakı, 28 avqust/ Trend müxbir Ü.Sadıqova/ Livanlı ilahiyyatçı şeyx Məhəmməd Hüseyn Fədlullahla Trend -un müsahibəsi.

- Necə düşünürsünüz, "Hizbullah" şiə təşkilatı və sünni-sələfilər arasında qarşılıqlı anlaşma haqqında sonuncu saziş nəyə görə dondurulub? Nəyə görə tərəflər sonadək getməyə cürət etməyiblər?

- Əvvəllər islam liderləri dəfələrlə şiə və vəhhabilər arasında fikir ayrılıqlarına son qoyacaq dialoqa çağırıblar. Qurandakı mətnlərin təfsirinin, həmçinin Sünnənin - peyğəmbərin fəaliyyət və niqlərinin öyrənilməsi belə fikir ayrılıqlarının yaranmasının əsas səbəbidir. Haqlarında dini fitvalar verilən bəzi mövzular haqqındaki səhabə görərləri və əhli-beyt imamlarının hadisləri elə öyrənilməlidir ki, burada dinsizliyə aparan sözlər meydana çıxmasın. Eləcə də, bu və ya digər məzhəbin yolu ilə gedənləri bu minvalla yoldan çıxarmamaq lazımdır. Belə ki, müxtəlif müsəlmanlar arasında indi bu dərəcəyə çatıb ki, onlardan bəziləri digər müsəlmanların qanunu halal hesab edirlər ki, bu da, bir yandan onu dünyavi təkəbbürü, digər yandan da təbliğ faktı ilə üz-üzə qoyur; nəticədə bu, müsəlmanlar arasında fitnənin meydana çıxmasına gətirib çıxarır.

Müsəlmanların münasibətlərindəki bu xaos və islamda hər bir dini cərəyanın öz ideyalarını irəli sürməsi ABŞ-ın yardımı ilə siyasi güzəştlər alan Qərbyönlü Livan siyasətçilərinin siyasi oyunlarının genişlənməsinə gətirib. Bu insanlar müsəlmanlar arasındakı fikir ayrılığından regionda öz siyasətlərini həyata keçirmək üçün istifadə edirlər. Bununla yanaşı, onların hərəkətləri kifayət qədər konstruktivdir ki, bu da eyni dinə etiqad edənlər və həmvətənlər arasında qətllərə gətirib. Bəzi siyasətçilər dində fanatizm xəttinə tərəfdar dinci cərəyanların siyasi davranışını müəyyən etmək üçün Amerika və onun müttəfiqlərini regiona buraxmağa məcburdurlar.

Bununla əlaqədar islam liderləri adları çəkilən problemlərin həlli üçün islamın dini qrupları arasında görüş təşkil etməyə çalışıblar. Belə ki, bu müsəlmanların birləşməsinə səbəb olacaq və fikir ayrılıqlarını aradan qaldırmağa, həmçinin islam dünyasının əksər daxili siyasi problemlərini həll etməyə yardım edəcək. Şiə və sünnilərin münasibətlərində köhnə problemləri aradan qaldıracaq daha geniş qarşılıqlı anlaşmanın əsası məhz budur. "Hizbullah" və sələfilər arasında qarşılıqlı anlaşma sənədinin əsasında məhz bu prinsip dayanmalıdır. İki dini cərəyanın birləşməsinə yönəlmiş bu yeganə düzgün addım Livanda, həmçinin digər ərəb ölkələrində dərhal dəstək qazanıb.

Lakin bir faktı istisna etmək lazım deyil ki, Yaxın Şərqin Qərbə faydalı siyasi problemləri məhz müsəlmanların münasibətlərindəki çətinliklər sayəsində möhkəmlənir. Bütün bunlara əlavə olaraq, ərəb ölkələrinin siyasətlərinin bir sıra əsas prinsipləri dini cərəyanlar ətrafındakı mübahisələrin öyrənilməsidir. Tez-tez bu fikir ayrılıqları yığılıb qalmış tarixi problemlərdən irəli gəlir. Nümunə üçün, bəzi sünni liderlər güman edirlər ki, şiələrin sünni icmasında iştirakı onların arasında nifrətin aradan qaldırılması üçün zəruridir. Lakin digər dini cərəyanların ardıcılları bu fikri təhlükəli hesab edirlər. Müsəlmanların yaxınlaşmasının əleyhinə çıxış edən və onların Allaha olan vahid inam altında birləşməsini inkar edənlərin rəylərinə gəldikdə isə, bu ilk növbədə siyasi ambisiyalar və Qərblə əlaqələrin nəticəsidir. Əslində bu ittifaq tiraniya və sionizmə qarşı mübarizənin genişlənməsinə yönəlib. Məhəmməd peyğəmbər söylədiyi kimi, dinc həyata fikir ayrılığı qatanlar cəhənnəmə düşəcəklər.

- Sünni və şiələr arasında münasibətlərdə hansı problemlər mövcuddur və onların birləşməsinə nə mane olur?

- Sünni və şiələrin münasibətlərindəki əsas problemlər uzaq keçmişdə - islamın müxtəlif dini cərəyanlarının - məzhəblərin - bəzi dini məsələlərdə vahid rəyə gələ bilmədikləri vaxtlarda qalıb. Əsasən bu məzhəblərin siyasi, mədəni və iqtisadi maraqları nəzərdən keçirilir. Bu gün islam dialoqunun ən zəif yerlərindən biri müsəlmanların həyat şəraitidir. Allah Quranda müsəlmanlara vəsiyyət edib: "Əgər siz parçalanmısınızsa, Allah və peyğəmbərə müraciət edin". Bu müsəlmanların şəriətin - müsəlman hüququnun, həmçinin Allahın Quranın müqəddəs ayələrindəki əsas fikrinin əsas mahiyyətini anlamaları üçün deyilib. Amerikanın başçılığı ilə tiranlar, həmçinin onların siyasətinə tabe olan yəhudilər müsəlmanların savadsızlığından istifadə edirlər. Buna görə də, islam təbliğatına qayıdış və islam icmasının buna görə qiyməti artırması böyük rol alır ki, bu da bizim ölkəmizi tiranların işğalı, parçalanma, onun sərvətlərinin qarəti, ən başlıcası isə - əhali arasında nifrətdən müdafiə edəcək.

- Belə fikir mövcuddur ki, islam və demokratiya - iki bir araya sığmayan prinsipdir. Necə hesab edirsiniz, "demokratiya" anlayışının islama aid edilməsi üçün nə etmək lazımdır?

- "Demokratiya" və "islam" bəzi mədəni aspektlərlə fərqlənirlər. Lakin siyasi baxımdan islam və demokratiya arasında müəyyən əlaqə var. Demokratiya və islam arasında mədəni fərqlərə gəldikdə isə, demokratiyanın gətirdiyi başlıca fikri şəriət qadağan edir. Digər tərəfdən, Quranın müqəddəs mətnlərində olduğu kimi, şəriətdə də ümumi müsəlman mədəniyyəti məsələsindən danışılır. Bütün müsəlmanlar məhz bu qaydalara əməl edərək şəriəti həyatlarının əsas qanunlarına çevirməlidirlər. Quranda bu barədə belə deyilir: "Allah və peyğəmbər yerdə qaydalar müəyyən etdilər. Dindarlar bu qaydalara riayət etməli və başqa qaydalara tabe olmamalıdırlar". Bundan əlavə Allah Quranda deyir ki, çoxluq heç də daima hüquq və qanunu təmsil etmir, azlıq isə heç də daima yalan danışmır. Lakin bu məsələni müqəddəs kitab və islam qanunları səviyyəsində öyrənmək lazımdır.

- Qərb ekspertləri hesab edirlər ki, Qərb ölkələ ilə qarşılıqlı anlaşmada maneələri aradan qaldırmaq üçün müsəlman dünyasına islahatlar lazımdır. Necə düşünürsünüz, bu gün müsəlman dünyasına islahatlar lazımdırmı və əgər lazımdırsa, necə islahatlar?

- Biz güman edirik ki, islam dünyasındakı problemlər, həmçinin idarəetmə problemləri məhz Qərbin tiranlarına tabe olan və onların siyasi maraqlarının ardınca gedən insanlar tərəfindən yaradılır. Bütün bunlara əlavə olaraq, korrupsiya sosial və iqtisadi həyatda hakimlik edərkən, Qərb islam dəyərləri və şəriəti inkar edir. Qərbin islama qarşı yönəlmiş belə bəyanatları müsəlmanları onların əxlaqi və mənəvi dəyərlərindən uzaqlaşdırır və bu insanlar arasında müxtəlif irqçi fikirlər oyadır. İslam dünyasının həyatın bütün sahələrində islahatlara ehtiyacı var. Lakin bu islahatlar Qərb prinsipləri yox, islam dəyərlərinə əsasən aparılmalıdır.

- İslam müxtəlif dinlər arasında dialoqu inkar etmir. Siz necə hesab edirsiniz, nəyə görə ərəb ölkələri və İsrail arasında danışıqlar məsələsi dini səviyyədə müzakirə olunmur?

- İslam mədəni səviyyədə müxtəlif dinlər arasında dialoqu qəbul edən dindir. Siyasi səviyyədə bu xalqlar və dövlətlər, partiyalar və onların tərəfdarları arasında siyasi seçkilər deməkdir. Yəhudilərlə dialoq müsəlmanlar üçün problem deyil. Bundan əlavə, islam yəhudilərlə də, xristianlarla da, induslar və buddistlərlə də və hətta dünyəvi dövlətlərlə də dialoqu dəstəkləyir. Lakin ərəb dünyasının İsraillə münasibətləri dini deyil, siyasi problemdir. Belə ki, məhz yəhudilər fələstinlilərin ərazilərini işğal edib və fələstinlilərin qanunsuz olaraq yəhudi torpaqların yaşadıqlarını iddia edərək onları doğma torpaqlarından qovublar.

Onlar idda edirlər ki, İsrail yəhudi dövlətidir. Bu isə o dmeəkdir ki, nə müsəlmanlar, nə də yəhudiləri qəbul edən xristinaların bu ərazidə yaşamaq hüququ yoxdur. Yəhudilər ABŞ-ın tam dəstəyi ilə birbaşa və ya bilavasitə işğalı davam etdirənədək, dinc vətəndaşları, qadınları və uşaqları qətlə yetirənədək, fələstin xalqını su, qida, dərman və elektrik enerjisindən məhrum edənədək, həmçinin yaşayış məntəqələrində hasarlar tikənədək ərəb ölkələrinin yəhudilərə münasibəti dəyişməyəcək.

Buna görə də ərəb və israillilər arasındakı problem müsəlman və yəhudilər arasında dialoq deyil. Lakin çox təəssüf ki, beynəlxalq ictimaiyyət israilliləri dəstəkləyir və bu problemdə fələstinliləri, livanlıları və suriyalıları ittiham edir.

Biz Azərbaycan xalqından soruşuruq: sizin ərazilərinizi işğal edən və doğma torpaqlarınızdan qovan dövlətə qarşı mövqeyiniz necədir? Siz onlarla dostluq edəcək ya onlara müqavimət göstərəcəksiniz? Müsəlmanların yəhudilərə münasibəti islam humanizmi baxımından nəzərdən keçirilir və o ümumilikdə yəhudi xalqında deyil, işğalçı xalqa qarşı yönəlib.

Bİz fələstin xalqının öz tarixi hüquqlarını bərpa edə bilməsinə can atırıq. Bununla da Amerika tərəfindən insanların kütləvi şəkildə məhvinə son qoyulacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti