...

Hakim koaliasiya üzvlərinin "könülsüz nikahının" pozulması Pakistanda böhran yaradacaq- Trend News-un icmalçısı

Siyasət Materials 30 Avqust 2008 12:36 (UTC +04:00)
Hakim koaliasiya üzvlərinin  "könülsüz nikahının" pozulması Pakistanda böhran yaradacaq- Trend News-un icmalçısı

Azərbaycan, Bakı, 30 auqust / Trend , müxbir D.Xatınoğlu/ Prezident seçkiləri ərəfəsində Pakistan hakim koaliasiyasının dağılması, ölkəni yeni böhranlarla üzləşdirib. Avqustun 18 - dək prezident Pərviz Müşərrəfin əleyhinə koaliasiya təşkil edən Xalq və Müslim Liq (Nəvaz Şərif qolu) partiyalarının arasındakı fikir ayrılıqları koaliasiyanın dağılması ilə nəticələnib. Nəvaz Şərif buna səbəb kimi, 2007- ci ilin noyabr ayında Müşərrəfin əmrilə vəzifədən uzaqlaşdırılmış 60 hakimin işlərinə qayıtmasında Xalq partiyasının maraqsız olduğunu bildirsə də, əsas səbəb iki partiyanın dərin və tarixi fikir ayrılıqlarıdır. Nəvaz Şərif koaliasiyadan çıxmaqla, sentyabrın 6 - da keçiriləcək prezident seçkilərinə Səid Əzzəman Sədiqinin müstəqil namizədliyini irəli sürmək istədi. Parlametndə isə, əksəriyyət Xalq partiyasının tərəfdarıdır və bu partiyanın namizədi Asif Əli Zərdarinin qələbə şansı daha çoxdur.

90 - cı illərin sonunda mərhum Binəzir Bhutto (Xalq partiyasının sabiq rəhbəri və Baş nazir) ilə Nəvaz Şərifin arasındakı fikir ayrılıqları davam edir. Bu vəziyyət Müşərrəfin istefasına sevinən xalqın bütün ümidlərini qırıb. Əslində, pakistanlıları ömrün tükənməsi deyil, həqiqi mənada yaşayışın başlanmaması sarsıdır.

Ölkədə Talibanların güclənməsi, xarici sərmayədarların ölkəyə investisiya yatırmaqdan çəkinmələri və 164 milyonluq əhalinin yoxsulluq içində yaşaması dözülməzdir.

Pakistanda prezident Senat, parlament və Əyalət Məclisi (Pəncab, Sind, Bəluçistan və sərhəd əyalətlərindən təşkil olunmuş) tərəfindən seçilir. Zərdari hazırda sabiq hakim partiya Qaid-Əzəmi dəstəkləyən Xalqlar Birliyi Cəbhəsi və Milli-Avam partiyasının dəstəyini qazanıb və Nəvaz Şərifin təmsil etdiyi partiyanın Müşərrəfi edamla cəzalandırmaq tələbinin əksinə olaraq, Zərdarinin bu məsələdə mülayim mövqeyi, keçən həftə Talibanın hakimiyyət tərəfindən fəaliyyətinə qadağa qoyulması, Xalq partiyasının namizədinin seçkidə qalib gəlməsi ehtimalını artırıb. Bu faktlara, Baş nazir Yusif Rza Gilaninin (Xalq partiyasının üzvudur) iyulun 28 - də ABŞ - a səfəri və Qərbin dəstəyini qazanması, həmçinin, Zərdarinin milli ordu ilə xoş münasibətini də əlavə etsək, mərhum Bhuttonun həyat yoldaşı Zərdarinin seçkidə qələbə ehtimalı qətidir.

Xalq Zərdariyə inanacaqmı?

Zərdari 1980 - ci ildən Bhuttonun vasitəsilə siyasətə gəlib. Indiyədək dəfələrlə korrupsiya, xuliqanlıq və hətta qətl ittihamları ilə məhkəməyə verilib, həbs olunan Zərdarinin xalq arasında nüfuzu varmı?

Zərdari 1993 - 96-dək həyat yoldaşının kabinetində yüksək vəzifələrdə, hətta, iqtisadiyyat naziri vəzifəsində fəaliyyət göstərib. Bu müddətdə o, milyonlar dolları mənimsəməkdə ittiham olunub. Zərdari xalq arsında "10 faiz cənabları "( korrupsiyaçı) ləqəbilə məşhurdur. Fatimə Bhutto (Binəzir Bhuttonun qardaşının qızı) 1996 - cı ildə atası Mürtəzanın Kəraçi şəhərində qətlə yetirilməsinin Zərdarinin sifarişi olduğunu bildirib. Bhutto hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra, Zərdari 2004 -cü ilədək həbsdə olmuş və ona qarşı yürüdülmüş ittihamlara görə, 2008 - ci ilin fevralında parlament seçkilərində də iştirak edə bilmədi. Hazırda Zərdariyə qarşı yürüdülmüş ittihamlar və məhkəmələrin dayandırılması onun prezident seçkilərinə qatılmasına imkan yaradıb, lakin xalq da ona bəraət veribmi?

Nəvaz Şərifin də keçmişi Zərdari ilə eyni dərəcədə, şübhələr və ittihamlarla doludur. 1999 - cu ildə General Pərviz Müşərrəfin (Baş Komandan) dövlət çevrilişi ilə devridiyi Məhəmməd Nəvaz Şərif korrupsiya, Baş Komandanı qətlə yetirmək cəhdi və digər ittihamlara görə, 10 il müddətində Səudiyyə Ərəbistanına sürgün cəzasına məhkum olunmuşdu. Nəvazın tanınmış hakim Səid Əzzəman Sədiqinin namizədliyini irəli sürməsi qismən xalqın ürəyincə olsa da, prezident seçimi xaqın deyil, Senat, parlament və Əyalət Məclisinin nümayəndələrinin qərarıdır.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti