Azərbaycan, Bakı, 01 sentyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Slovakiyanın prezidenti Ivan Qaşparoviçi Slovakiyanın milli bayramı - Konstitusiya günü münasibətilə təbrik edib.
Təbrik məktubunda prezident Azərbaycan ilə Slovakiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinın hər iki xalqın mənafeyinə uyğun olaraq daim inkişaf edəcəyinə və genişlənəcəyinə ümidvar olduğunu bildirib.