...

Gürcüstan prezidenti 1 sentyabr tarixini Gürcüstanın Birlik günü elan edib

Siyasət Materials 1 Sentyabr 2008 19:11 (UTC +04:00)
Gürcüstan prezidenti 1 sentyabr tarixini Gürcüstanın Birlik günü elan edib

Gürcüstan, Tbilisi, 01 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan prezidenti 1 sentyabr tarixini Gürcüstanın Birlik günü elan edib. Bu barədə Tbilisidə Azadlıq meydanında toplaşmış 30 min həmvətəni qarşısında çıxış edən Mixail Saakaşvili bəyanat verib.

Prezident xalqa minnətdarlıq edib və vurğulayıb ki, bu gün ölkənin bütün etnik qrupları, o cümlədən də ruslar, onların yanında isə,"keçmişin böyük gürcüləri" zəncirdə dayanıb. "Gürcüstan tarixində ilk dəfə olaraq bəyan edə bilərik ki, Gürcüstan tək deyil, bütün mədəni ictimaiyyət onunladır. Bizim mübarizəmiz Xeyir və Şərin, David və Qoliafın mübarizəsidir və müqəddəs Gerogi qeyri - bərabər mübarizədə ədalətsiz imperatoru məğlub edə bildiyi kimi, biz də Rusiya imperiyasını məğlub edəcəyik", - Saakaşvili vurğulayıb.

"İndiyədək biz fəxr edirdik ki, minilliklər ərzində tariximizi və xalqımızı qoruya bilmişik. Lakin indi birgə olmağımızla daha çox fəxr edəcəyik. Milyonlarla insan birliyimizin nümayişi üçün küçələrə çıxıb. Biz bu gün azadlıq uğrunda qabaqcıl mübarizədə dayanmışıq. Bu gün biz vahid və güclü zəncir qura bilmişik. Biz bu zəncirdən azadlığın müdafiəsi üçün yeni zireh yaradırıq", - prezident bildirib.

"Biz rus xalqının düşməni deyilik, lakin bizi qula çevirməyə çalışanların düşməniyik. Nə qədər ki, Psou və ya Roksk tuneli ərazisində bir nəfər də olsun işğalçı var, nə qədər ki, insanları alçaldır və qətlə yetirirlər, Gürcüstan müqaviməti dayandırmayacaq və qürurlu beşxaçlı bayrağını endirməyəcək", - Saakaşvili bildirib.

Xəbər lenti

Xəbər lenti